KXCP İdarə Heyəti toplandı, yeni qərarlar verildi

img

05-05-2015 [11:33]


Bu gün KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Mia.az xəbər verir ki, iclasda qərarların icravəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

KXCP Ali Məclisin son sessiyasında qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə edilib. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı dinlənilib. KXCP Qudadlı və Fizuli rayon şöbələrinin konfransları haqqında məlumat verilib. Konfransların Nizamnaməyə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP qurultayına nümayəndələr seçilmələri haqqında məlumat verilib. KXCP Qudadlı və Fizuli rayon şöbələrinin konfransların nəticələri nəzərə alınıb.

Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. İclasda, həmçinin, bəzi siyasi məhbusların səhhətində yaranmış problemlərlə bağlı narahatlıqlar ifadə olunub.

Yığıncaqda növbəti iqtidar-müxalifət görüşünun mövzusu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Avropa oyunları ilə bağlı yaranan narahatlıqların getdikcə artması qeyd edilib. KXCP idman oyunlarının dünyada sülhə, barışa, dostluğa, əmin-amanlığın bərpasına ximət etdiyini bir daha vurğulayaraq hakimiyyəti ölkədə vətəndaş sülhünün bərqərar olunması üçün Avropa oyunları ərəfəsində siyasi məhbusları azad etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA