"Bu, Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil"

img

04-05-2015 [12:27]


Vurğun Əyyub Müsavat Partiyasının yerli təşkilatının sıralarından xaric edilməsi barədə verilmiş qərara münasibət bildirib.

O "Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona partiya sıralarından çıxarılmaqla bağlı rəsmi məlumat verməyiblər: "Əslində burada gözlənilməz bir qərar yoxdur. Məni Müsavat Partiyasından çıxarmağa çoxdan hazırlaşırdılar. Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir. Mayın 2-si tarixində mesaj aldım ki, ayın 3-də saat 15:00-da özəyin iclası olacaq. Mayın 2-də mən tələbələrimlə şəhərdən kənarda idim. Fikirləşirdim ki, iclasa gedəcəm, ancaq səfərdən qayıdandan sonra soyuqlamışdım. Ona görə də ayın 3-də saat 12:00- da mesaj yazdım ki, xəstə olduğum üçün iclasda iştirak edə bilməyəcəm. Mənim iştirakım olmadan və iclaslara qatılmadığımı bəhanə edərək partiyadan çıxarmaq nizamnamə tələblərinə ziddir.

Üzvlük haqqının ödənilməməsi məsələsinə gəlincə isə, əvvəla mənim Müsavat Partiyası üçün xərclədikləyim qədər bu adamlar həyatları boyu üzvlük haqqı verməyiblər. İkincisi, əgər üzvlük haqqlarının toplanması və xərclənməsi barədə partiyada hesabatlılıq və şəffaflıq yoxdursa, ora üzvlük haqqı vermək niyyətində də deyiləm. Bu, Müsavat Partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil”.

V. Əyyub qeyd edib ki, partiyadan çıxarılmağı ilə bağlı heç bir müraciət etməyəcək: "Çünki partiyanın indiki rəhbər strukturları qeyri- legitim şəkildə formalaşıb və sadəcə olaraq partiyanın başında dayanan adamların sifarişlərini yerinə yetirirlər. Bunların heç birinin ədalətli qərar verəcəyinə inanmıram və ona görə də onlara müraciət etməyəcəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA