MMP ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlara müraciət etdi

img

01-05-2015 [16:53]


Müasir Müsavat Partiyasının ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlara müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik: 

Hörmətli həmkarlarım, dünyada və ətrafımızda gedən proseslər günbə-gün gərginləşir və bu təhdidlər ölkəmizə doğru irəliləyir. Hazırda Azərbaycan dövlətinin, xalqının sınaq dövrüdür. Torpaqlarımızın 20%-i erməni işgalçıları tərəfindən zəbt olunub. Ancaq dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də dözüm nümayiş etdirir. Erməni qəsbkarlarının işğalçılıq hərəkətlərinə özlərini demokrat adlandıran, haqdan, ədalətdən, insan hüquqlarından bizlərə dərs keçmək istəyən dövlətlər – erməni işğalçılarının anti-bəşəri hərəkətlərinə göz yumurlar. Bəzi hallarda isə həmin işğalcı dövləti müdafiə edirlər. Ermənilərin bu işğalçı fəaliyyətlərinə unutqanlıq donu geyindirmək üəün bəzən öz icimizdən olan qeyri hökümət təşkiltları, siyasi partiyaların əli ilə guya Azərbaycanda söz azadlıgı, insan hüquqlarının pozulmasını ifrat dərəcədə şişirdilməsi işğalçı Ermənistan dövlətinə dünyada manevr imkanlarını artırır. Belə ki, ermənilər dünyada car çəkirlər ki, görürsünüzmü, Azərbaycan ölkəsində insanların hüquqları, söz azadlığı pozulduğu üçün biz onlarla birgə yaşaya bilmərik. Hörmətli həmkarlarım, yaxın vaxtlarda ölkəmizdə Avropa olimpiya oyunlarının keçirilməsi Azərbaycanımızı dünyada daha da yaxından tanıtmaq üçün böyuk bir şans yaranıb. Gəlin, aramızda olan bu umu-küsülərə, hər hansı bir rüşvətxor məmurun hərəkətlərinə görə qisasçılıq əməliyyatından kənara çəkilib. Azərbaycan üçün xarici dövlətlərin agentura şəbəkəsinə haqlı və haqqsız, yalançı məlumatlar verməyək. Bu Dövlət, bu Vətən, bu Xalq bizimdir. Hörmətli Partiya sədrləri, gəlin, bir anlığa siyasi ambisiyalarımızı, qisasçılıq düşüncələrimizi, intriqabazlığımızı bir kənara qoyaq. Azərbaycanın dünyada öz sözünü deməsi, nüfuzunu göstğərməsi üçün önəmli olan Avropa oyunları ərəfəsində əl-ələ verib bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün səylərimizi birləşdirib dövlətimizin, xalqımızın yanında olaq. Bir anlığa siyasi qisasçılığımızı dövlətimizin ünvanına olmazın böhtanlar atmağa, dünyadakı erməni diasporasına məlumat verməyi dayandıraq. Gəlin, əl-ələ verib uca bir millət olduğumuzu bir daha sübut edək. 
 Allah yardımçımız olsun!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA