Saakaşvilidən Bakıda həbsi ilə bağlı sorğuya sərt reaksiya

img

29-04-2015 [18:00]



Hazırda Bakıda səfərdə olan Mixail Saakaşvili Gürcüstan Baş Prokurorluğunun ekstradisiya olunması ilə bağlı Azərbaycan tərəfinə göndərdiyi sorğuya reaksiya verib

Eks prezident bununla bağlı Gürcüstanın "İmedi” telekanalına açıqlama verib. Saakaşvilinin fikrincə, eks prezidentin ekstradisiyasını tələb etməklə Gürcüstan özünü biabır edib. Hazırda Ukrayna prezidentinin ştatdankənar müşaviri olan Saakaşvilinin sözlərinə görə, Gürcüstanın yeni hökuməti ölkə imicinə ziyan vurur və bu imicin bərpa olunması üçün çox vaxt lazım olacaq:

"Bilmirəm bunu necə qaytaracağıq, lakin düşünürəm ki, bacaracağıq”.

Qeyd edək ki,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili   III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir(Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA