Tofiq Yaqublunun azadlığı üçün prezidentə daha bir müraciət olundu

img

25-04-2015 [14:22]



Bütöv Azərbaycan Ocaqları (BAO) Tofiq Yaqublunun azadlığa çıxması üçün prezident İlham Əliyevə müraciət edıb:

"Cənab Prezident!

Hazırda məhbus həyatı yaşayan Azərbaycan vətəndaşı Tofiq Yaqublunun ailəsində baş vermiş ağır faciə ilə əlaqədar ona 7 günlük azadlıq verildiyi üçün Sizə minnətdarlığımızı bildiririk. Hesab edirik ki, dövlətimiz öz vətəndaşlarına yönəlik bu cür humanist davranışla vətəndaş –dövlət münasibətlərinin yaxşılaşmasına təkan verir.

Çox istərdik ki, Tofiq Yaqublunun himayəsində azyaşlı uşaq olduğunu, Qarabağ qaziliyini, ziyalılığını, övladının vaxtsız ölümünü,  ölkəmizin inkişafı üçün çalışdığını, üstəlik itirdiyi övladından yadigar qalan körpəyə diqqətin vacibliyini nəzərə alaraq barəsində seçilmiş həbs qərarına yenidən baxılsın. Əminik ki, onun azadlığa çıxması humanist bir addım kimi dövlətimizin vətəndaşına, Azərbaycan insanına verdiyi dəyər kimi qiymətləndiriləcək və milli həmrəyliyimizi sərgiləyən bir güzəşt olacaq.  Biz Azərbaycanda normal iqtidar-müxalifət münasibətlərinə nümunə olacaq bu addımın vətəndaş sülhünün və insanlar arasında birliyin bərqərar olması, milli və dövlətçilik maraqlarının qorunması baxımından faydalı olacağına, insanlarda dövlətə daha böyük güvənc yaradacağına, onların qayğını başqa yerlərdə deyil, öz ölkələrində tapmalarına inam yaradan bir hadisə kimi yaddaşlarda qalacağına inanırıq.

 Hörmətli Prezident!

Sizdən xahiş edirik ki, bütün bunları nəzərə alaraq  səlahiyyətinizdən istifadə edib Tofiq Yaqublunun əfv olunması haqqında sərəncam verəsiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA