Deputatın oğluna vəzifə verildi; Vitse-prezidentin oğlu PA-da müdir müavini oldu

img

22-04-2015 [14:39]



Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəylinin oğluna yüksək vəzifə verilib.

SİA xəbər verir ki, Həbibbəyli Ərəstü İsa oğlu Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl o, xarici əlaqələr şöbəsinin analitik informasiya sektorunun müdiri olub. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır, 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ə.Həbibbəyli iqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3 kitab və xarici siyasətin müxtəlif aktual sahəsinə dair onlarla elmi, publisistik məqalələrin müəllifidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA