Deputata yeni vəzifə verildi

img

21-04-2015 [18:19]


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova bugün qurumda baş tutan səsvermə nəticəsində AŞPA-nın Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və "Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifələrinə seçilib. 

Mia.az AzerTac-a istinadən xəbər verir ki, keçirilən səsvermə nəticəsində danimarkalı namizəddən daha çox dəstək alaraq bu vəzifəyə seçilən millət vəkili bundan sonra qadına qarşı zorakılıq üzrə mübarizədə qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rolu oynayacaq. 

Sahibə Qafarovanın bu vəzifədə əsas rolu qadına qarşı zorakılığın önlənməsi sahəsində ümumi ictimaiyyətin, hökumət və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması olacaq. Millət vəkilimiz eyni zamanda "Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edəcək. 

Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA