"Müxalifətlə dialoq olacaq" - Siyavuş Novruzov

img

21-04-2015 [16:47]


"Hazırda iqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş üçün hazırlıq işləri aparılır, müəyyən sənədlər hazırlanır”.


Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. 

YAP təmsilçisinin fikrincə, iqtidarla müxalifət nümayəndələrinin sayca üçüncü görüşü üçün təkliflər hazırlanır.

"Bu təkliflər əsasında görüş olacaq. Hər bir siyasi partiya öz təklifini göndərib, onların arasında ən aktual olan məsələlər görüşdə müzakirə olunacaq. Görüşün vaxtı dəqiq müəyyənləşməyib”.

Dialoqun bu ay baş tutub-tutmayacağına gəlincə, Siyavuş Novruzov aprel ayının hələ bitmədiyini deməklə kifayətlənib. 

Qeyd edək ki, müxalifət partiya sədrləri ilə Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov arasında sonuncu görüş fevralın 12-də baş tutub. Görüşdə dialoqun davam etdirilməsi və hər iki aydan bir keçirilməsi barədə qərar qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA