Müsavat başqanı Avropa Parlamentinin qərarını pislədi

img

16-04-2015 [13:37]


"Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış, siyasi baxımdan çox zərərlidir”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb . Həmin rəyi təqdim edirik:

"Avropa Parlamentinin "erməni soyqırımı"ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış,siyasi baxımdan çox zərərlidir. Bu qərar Avropa Birliyinin nüfuzuna sarsıdıcı zərbədir. Ermənistanın bugünkü işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandırmaqla yanaşı, Qarabağ probleminin diplomatık üsullarla həlli yolunda daha bir maneə yaradır. İndiki həssas məqamda konfessiyalararası etimadı azaldır. Avtoritar rejimlərin Qərbin ikili standartlar tədbiq etdiyi barədə təbliğatına əsas verir. Avropa Parlamentinin bu qərarı həm də təhlükəsiz dünya, dinc yanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir."


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA