«Hər kəs İlham Əliyevdən nümunə götürməlidir» - Partiya sədrinin doğum günü açıqlaması

img

16-04-2015 [13:15]


Bu gün Müasir Müsavat Partiyasının doğum günüdür. Hafiz Hacıyev doğum günündə də iş başındadır.

Bu barədə əməkdaşımızla danışan partiya sədri deyib ki, o hər zaman ölkənin problemlərinin həlli üçün işləməyi üstün tutur: «Bildiyiniz kimi, mən bayram günlərində də bölgələrdə oldum, görüşlər keçirdim. Doğum günündə də işdəyəm, partiyanın cari işləri ilə məşğulam. Biz siyasətə gələndə nəsə əldə etmək, milyonlar qazanmaq niyyəti güdməmişik, Prezident İlham Əliyevin dediyi kimi, xalqa xidmət etmək üçün bu yolu seçmişik. Mənim üçün ən böyük bayram da, doğum günü də xalqı xidmət etməkdir. Hər zaman olduğu kimi, bu gün xalqın içindəyəm, onların problemlərini həlli üçün çalışıram».

Hafiz Hacıyev onu da qeyd edib ki, heç vaxt dəbdəbəli ad günü keçirməyib, bundan sonra da keçirmək niyyətində deyil: «Mənə belə gəlir ki, bu məsələdə hər kəs əziz qardaşım, prezidentimiz İlham Əliyevdən nümunə götürməlidir. O, öz ad gününü məcburi köçkünlərlə bir yerdə qeyd etdi. Bu onun nə qədər alicənab, xalqı ilə bir yerdə olduğunu göstərir. Mən də hər zaman olduğu kimi, xalqın yanında olmağı daha üstün bilirəm. Mənim üçün də ən böyük hədiyyə xalqın etimadıdır».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA