Ayaz Mütəllibov deputatlığa namizəd ola bilər

img

16-04-2015 [11:36]


"Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək barədə hələ düşünməmişəm”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.Eks-prezidentin sözlərinə görə, deputat olması üçün şərait yaranarsa, bunu dəyərləndirə bilər: "Düzdür, indi də nəsə etmək olar. Çünki siyasətdə təcrübəm var. Ancaq şəraitə baxmalıyıq. Görək, nə olacaq. Deputat olmaq istəyim barədə konkret nəsə deyə bilmərəm. Amma müxtəlif sahələrdə vətənə xidmət etmək olar. İllər boyu zəhmət çəkən insan üçün təqaüdə çıxmaq çox çətin məsələdir. Sovet dövründə elə adamlar olub ki, istefaya gedəndən bir-iki ay sonra dünyalarını dəyişiblər. Çünki daim aktiv siyasətlə məşğul olan insan üçün passiv həyata başlamaq asan deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA