Nazir Fazil Məmmədova yeni vəzifə verildi - Prezident sərəncamı (SİYAHI)

img

15-04-2015 [19:14]



Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.
 
Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib. Beləliklə:
 
1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
 
 Komissiyanın həmsədri 
 
Fazil Məmmədov -    Azərbaycan Respublikasının vergilər naziri.
 
 Komissiyanın üzvləri: 
 
İltimas Məmmədov -  Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini 
 
Xələf Xələfov -  Azərbaycan Respublikası xarici işlər nazirinin  müavini 
 
 Sahil Babayev -  Azərbaycan Respublikası iqtisadiyyat və sənaye   nazirinin müavini 
 
Natiq Abbasov  -  Azərbaycan Respublikası energetika nazirinin  müavini 
 
Abbas Vəlibəyov  - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 
 
Nazim Səmədov -  Azərbaycan Respublikası mədəniyyət və turizm  nazirinin müavini 
 
Ehtiram Rəhimov  -  Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini 
 
Kamil Xasiyev  - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 
 
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA