“Azərbaycanın etdikləri Papanın burnundan gəlsin” - Partiya sədri

img

14-04-2015 [17:07]


"Ümumiyyətlə Roma Papası I Fransisk avara və əyyaşın biridir”. Bunu sia-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Roma Papasının uydurma "erməni soyqırımı”nı tanımasına münasibət bildirərkən deyib.

MMP bildirib ki, Roma Papasının xanımlarının dördü də ermənidir: "Bu şəxs bir növ xristian-müsəlman münaqişəsinin bünövrəsini qoyub. Düşünürəm ki, bundan sonra da xristian dövlətlərinin siyasətində mühüm dəyişiklik olacaq. Ona görə də Roma Papası kimi avaranın birini boykot etmək, onu dünyadan nüfuzdan salmaqdan ötrü Azərbaycan mediası birləşib birgə tədbirlər planı hazırlamalıdır. Ümumiyyətlə ermənilərin dünyada müdafiəçiləri çoxdur. Düşünürəm ki, Roma Papası kimi avara bir adam bu günə kimi Azərbaycanlılara qarşı olan soyqırımı dilinə gətirməyib. O, Xocalı soyqırımı və Dağlıq Qarabağ məsələsində ədalətli mövqe sərgiləməyib. Hər halda bu şəxs boykot olunmalıdır. Bundan sonra isə bütün müsəlman, türk dünyası birləşib xristian millətinin Azərbaycana və Türkiyəyə qarşı olan hücumlarının qarşısısı birgə almalıdır. Azərbaycanın etdikləri onun burnundan gəlsin. Ölkəmizdə kilsələrin təmirində, məktəblərin tikintisində ona böyük dəstək nümayiş olunmuşdu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA