Müsavatın yürüşünə icazə verilmədi

img

14-04-2015 [14:41]



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünü məqsədəuyğun hesab etməyib.

Mia.az xəbər verir ki, Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında bildirib ki, bu gün BŞİH-ə dəvət edilib: "Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşdüm. Bizə bildirdilər ki, "20 Yanvar” metro stansiyasından keçmiş "Məhsul” stadionuna yürüş məqsədəuyğun deyil. Çünki avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola bilər. Təklif etdilər ki, keçmiş "Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı müraciət olsa, baxıla bilər”.

R. Əmiraslanlı hazırda partiya rəhbərliyinin müzakirə apardığını və yekun qərarın veriləcəyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA