Oqtay Əsədovda müxalifətə sərt təpki: "Bunlar ermənilərdən də pisdir"

img

14-04-2015 [12:52]


Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Oyunları ərəfəsində bəzi siyasi təşkilatların Azərbaycan hakimiyyətinə qarşı apardığı kampaniyadan danışıb.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə aparılıb: "Dünyanın hər yerində korrupsiya bəlası var və buna qarşı mübarizə davam edir. Ancaq təəssüflər olsun ki, bəzi siyasi partiyalar Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə təbliğat aparır. Bunlar hamısı bir mənbədən idarə olunur. Erməni lobbisi və xarici təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərib, kampaniya aparırlar. Onlar iğtişaş da yaratmaq istəyir və camaatı kütləvi aksiyalara çağırırlar”.

Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib. O, Avropa Oyunlarında Ermənistan nümayəndələrinin də iştirakını xatırladaraq deyib: "Ancaq bizdə bəziləri Avropa Oyunlarında iştirakdan imtina etməyə çağırış edirlər. Bunlar ermənilərdən də pisdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA