İlham Əliyev deputatın monopoliyasını dağıtdı

img

12-04-2015 [19:11]


Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığını bildirib, dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
Bu il fevralın 21-də manatın 34 faiz devalvasiyasından sonra dərman bazarında da qiymətlər kəskin artdı. 

Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi apteklərdə monitorinq aparanda qiymətlərin 30 faizdən çox artdığı aşkarlandı. Bu işlə yenidən Səhiyyə Nazirliyinin və Antiinhisar Xidmətinin əməkdaşlarından ibarət komissiya məşğul olmağa başladı. Lakin dərmanları apteklərin boş rəflərinə qaytarmağa onların da gücü çatmadı. Onda komissiya dərmanlara vahid qiymət qoyulması təşəbbüsü ilə çıxış etdi. Bu vaxt prezident İlham Əliyev vəziyyətə şəxsən müdaxilə etməli oldu. Səhiyyə Nazirliyi xarici əczaçılıq şirkətləri ilə danışıqlar zamanı üzə çıxara bildi ki, onlar dərmanları və tibbi ləvazimatları başqa ölkələrlə müqayisədə Azərbaycana 240-250 faiz baha satırlar. Məsələ ilə bağlı istiqlal.az-a yeni məlumatlar daxil olub.

Hakimiyyətdəki mənbələrdən verilən məlumata görə, hazırda dərmanların vahid qiymətlə satılması mexanizminin hazırlanması ilə bağlı prezident İlham Əliyev maliyyə naziri Samir Şərifova tapşırıq verib. Maliyyə Nazirliyi çox qısa bir müddətdə idxal edilən dərmanarın vahid qiymətlə satılması mexanizmini hazırlamalıdır. İdxal dərmanlarının uzərinə yalnız 10-12 faiz ticarət güzəşti əlavə ediləcək. Bu isə qiymətlərin ən azı 2 dəfə ucuzlaşması deməkdir. "Coco-cola”, "Pepsi”, "Fanta” içkilərinin satışında olduğu kimi dərmanların üzərində də konkret qiymət göstəriləcək. Bu dərman mafiyasının gəlirlərini minimuma endirmək və bu bu sektorda monopoliyanın aradan qaldırılması deməkdir.

Mənbə onu da bildirir ki, bundan sonra dərman bazarının monopolisti olan "Avromed Company” ASC-nin inhisarçılığına son qoyulacaq, başqa firmaların da dərman idxal etməsinə şərait yaradılacaq. ASC deputat Cavanşir Feyziyevə məxsudur.

İstiqlal.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA