"Hakimiyyət sonuncu "patronlarını" atır" - Nurəddin Məmmədli

img

12-04-2015 [11:39]


"Milli Şuranım mitinqlə bağlı qərarları qurumun Koordinasiya Mərkəzində qəbul olunur. Hələlik belə bir qərar yoxdur". 

Bu fikirləri mia.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli səsləndirib. O bildirib ki, Milli Şuranın üzvü kimi aksiyaların davam etdirilməsinin tərəfdarıdır. 

AXCP yetkilisi onu da vurğulayıb ki, ölkədəki problemlərin getdikcə dərinləşməsi fonunda xalqın reaksiyasını tam adekvat hesab etmək olmaz6 "Görünür hələlik insanlarımız kütləvi şəkildə repressiyadan doğan qorxu hissinə tam qalib gələ bilməyiblər. Eyni zamanda son 2 aksiyanı uğurlu hesab etmək olar. Çünki Milli Şuranın gücünün 2 dəfə artdığını görməmək mümkün deyil. AXCP-də təşkilatlanma da artıb. Hər gün onlarla vətəndaşlarımız partiyaya qəbulla bağlı müraciət edirlər. Xüsusilə son qurama iddialarla reallaşdırılan həbslərdən sonra proses daha da sürətləndi. Hətta bizimlə münasibəti olan, lakin uzun müddət tərəddüd edən insanlar da artıq bu tarixi addımı atdılar. Bu hadisə mahiyyətcə yeni bir tendensiyadır. Çünki adətən həbslərdən sonra passivlik artardı. İndi isə əhalinin intellektual kəsimi daha aktiv şəkildə qorxu hissinə üstün gəlirlər. Xüsusilə gənclər bu sahədə daha fəaldırlar".

N.Məmmədli onu da bildirib ki, hakimiyyətin reaksiyasında isə hər hansı dəyişiklik yoxdur: "Yenə də mitinqlərdən əvvəl partiya fəallarımız oğurlanır, qurama ittihamlarla həbs olunurlar. Aksiyadan sonra da həbs olunanlar oldu. Lakin bu cür qanunsuzluqlara qarşı müəyyən immunitet yaranıb, heç kim həbs olunacağından qorxmur. Bu dəfə hakimiyyətin davranışında yeni bir təzahür meydana gəldi. İqtidar az-çox cəmiyyətdə nüfuzu olan müxalifətci kimi görünən insanları dövriyyəyə buraxdı. Bu adamların mitinqi və müxalifətçiləri gözdənsalma cəhdləri olduqca iyrənc bir kompaniyaya çevrildi. Mən bu kimi halların onəmini də hiss edirəm. Çünki hakimiyyət mübarizənin hansısa mərhələsində bizə problem yarada biləçək sonuncu "patronlarını" atır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA