Qubad İbadoglu 7 nəfəri vəzifəyə təyin etdi - SİYAHI

img

12-04-2015 [11:06]


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədri Qubad İbadoglunun bu gün bir sıra təyinatlarla bağlı sərəncam imzalayıb. Müsavat başqanlığına keçmiş namizəd, partiya sıralarından xaric edilmiş Səxavət Əlisoy ADR Hərəkatının özəl institutlar və sahibkarlarla iş üzrə müavini, Məlahət Mürşüdlü demokratik təsisatlar və vətəndaş cəmiyyəti ilə iş üzrə müavin təyin olunublar.

Bundan başqa, Dünyaxanım Cərullayeva ADR Hərəkatının icra aparatı nəzdində Ümumi işlər Departamentinin rəhbəri, Əhliman Abbas Beynəlxalq əlaqələr üzrə Departament rəhbəri, Hamlet Səfixanlı Maliyyə Departamentinin rəhbəri, Rövşən Dəmirli Təşkilatı məsələlər üzrə Departamentin rəhbəri, Samir Abbaslı İnformasiya Departamentinin rəhbəri təyin olunublar.

 Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA