MMP İdarə Heyətində qərarlar qəbul olunub

img

10-04-2015 [15:59]


Bu gün Müasir Müsavat Partiyasının qərargahında İdarə Heyətinin vbəti geniş tərkibdə iclası keçirilib. İclasda rayon təşkilatlarının sədrləri,qadınlar təşkilatının sədrləri, gənclər təşlatının sədri tirak edib.

Bir müddət öncə Nərimanov rayon təşkilatında keçirilən konfransda rayon təşkilatına sədr seçilmiş şairə, ziyalı xanım Məhbubə Mustafayeva, Xəzər rayonundan Qadınlar təşkilatına sədr vəzifəsinə seçilmiş Əhmədova Maya xanım, Suraxanı rayonundan seçilmiş Çimnaz Məmmədova MMP-nin Nizamnaməsinin 7.8 bəndinə əsasən təsdiq ediliblər. İclasda Abşeron rayon təşkilatının sədri Atamov Barat, Binəqədi rayon təşkilatının sədri Yusubov Məmməd, Suraxanı rayon təşkilatının sədri Məmmədov Eldar çıxış edərək radikal müxalifətin ölkədə Anti-Axərbaycan kampaniyasının qarşısının alınması üçün bir sıra ciddi təkliflərlə çıxış edib.

İbarə Heyətinin iclasında MMP-nin İH üzvü, MMP Qadınlar təşkilatının sədri Paşayeva Zəhra,Gənclər Gəşkilatına sədr təyin olunmuş BDU-nun tələbəsi Əli Hacıyevin çıxışları dinlənilərək verdikləri təkliflər nəzərə alınıb. MMP-nin aprel ayının sonuncu ongünlüyündə mətbuatın iştirakı ilə BMM-də radikal qüvvələrin Azərbaycanda törədə biləcəkləri hərəkətlərin qarşısının alınması üçün partiyanın atğacağı addımlar rayon və şəhər təşkiloatlarının bütün strukturlarının iştirakı ilə qebul ediləcək qərar müzakirəyə çıxarılması qərara alınıb.

Bununla yanaşı, İdarə Heyətinin iclasında mitinq komitəsinin hesabıtı dinlənilib və işlərin davam etdirilməsi tövsityyə olunub. Qarşıdan gələn Avropa Oyunları ilə bağlı hər bir rayon təşkilatının fəal üzvləri olimpiaya oyunları ərəfəsində təhlükəsizliyi təmin etmək məqsədi ilə xüsusi qruplar yaradılması qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA