“Bizim hakimiyyətimiz dövründə də Hacıyev Arif rüşvətlə məşğul idi" - Partiya sədri

img

08-04-2015 [16:39]


"Müsavat” partiyası artıq dağılıb. Hazırda orada Qəmbərov İsa müəyyən pulları, qrantları xaricdən almaq üçün MMC formalı bir şey yaradıb.

Bunu AZADİNFORM-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavat partiyasının I Avropa Oyunlarının boykot edilməsinə çağırışına münasibət bildirərkən deyib.

O bildirib ki, buna görə də, o, siyasi təsisi olmayan bir təşkilatdır: "Bizim hakimiyyətimiz dövründə də Hacıyev Arif rüşvətlə məşğul idi. Mərhum Əbülfəz Elçibəy deyirdi ki, Arif qədər rüşvəti çox sevən adam yoxdur. Yəni, bunların bu gün orada 5-6 nəfərdən başqa, biznesi bilən insanlardan başqa adamları qalmayıb. Onların dedikləri sözlər elə bir əhəmiyyət kəsb eləmir. Dünya-aləm bilir ki, artıq o partiya dağılıb. Orada bir dəstə Qubad İbadoğlunun ətrafında birləşib. Arif nədir ki, onun çağırışına da nə əhəmiyyət verələr. Bütün bunlar Azərbaycanı gözü götürməyən insanlardır. Ermənilər də İrəvanda çağırış edirlər ki, Azərbaycanda I Avropa Oyunlarını pozaq. Həmçinin, Azərbaycana qarşı qeyri-etnik qruplar da bu çağırışı edirlər. Bunların hamısı eyni mənbədən ilhamlanan insanlardır”.

H. Hacıyev deyib ki, I Avropa Oyunları Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir: "Bunun sayəsində ölkəmizə milyonlarla insan gələcək. Bununla da, onların Azərbaycanın inkişafını görəcəklər. İnsan nə qədər kor ola ki, bu günkü inkişafı görməyə? Təbii razılıq da, narahatçılıq da, nöqsanlarımız da var. Bu da təbidir, olmalıdır. Dövlətdir, onun içində nöqsanlar da, çatışmazlıqlar da olur. Hamımız bunu bilirik, dövlət başçımız da bunu deyib, heç kim də bunu inkar etmir. Lakin, bu gün Azərbaycanın inkişafı da var, istərdik ki, xaricdə olan dairələr də bunu görsün. Qəmbərov İsa heç kimə yaramayan bir insandır. Ona heç öz ailəsi, uşağı da salam vermir. İndi qalıb tək, yanına gedən də yoxdur ki, heç olmasa dərdini bölüşsün ki, nə qədər səhvlərə yol verib. Bunun dünyada etdiyi satqınlıqlar, Azərbaycan xalqına vurduğu ziyanlar, xəyanətlərin hamısının üstü açılıb. İndi isə pis vəziyyətdə qalıb”.

Partiya sədrinin sözlərinə görə, o Hacıyev Ariflə üzbəüz oturaraq, dərdləşirlər: "Görürsünüzmü, onları heç bir siyasi təşkilat da qəbul etmir. Bu baxımdan onların heç bir çəkisi yoxdur. Onlar Azərbaycana qarşı olan erməni qüvvələrindən heç də fərqlənmirlər. Təbii Arifi bildik. Bu Azərbaycan millətindən deyil, etnik bir millətdir, etnik qruplara aid millətdəndir. Qəmbərov İsanın isə mərhum Ə. Elçibəyin vaxtında Azərbaycana vurduğu zərbələr hamımızın gözü qarşısındadır. Bu insanlardan bundan artıq nə gözləmək olar? Mən buna təəssüflənirəm. Azərbaycan üçün I Avropa Oyunları çox vacibdir, lazımdır. Hamımız bunu təbliğ etməliyik. Bunun üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdar olmalıyıq. Məhz onlar bu işləri görür və Azərbaycanı lazımınca tanıdırlar. Hacıyev Arifin bu oyunları boykot çağırışına gəlincə isə demək lazımdır ki, onun çağırışı heç öz ailəsində keçmir, onda qalmış dünya təşkilatlarında keçərli olsun. Bunlar Azərbaycanı gözü götürməyən qüvvələrdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA