Kəmaləddin Heydərovun atası vəzifə aldı, icra başçısı çıxarıldı

img

06-04-2015 [13:15]


Milli Məclisin Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilib

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ aprelin 14-də keçiriləcək növbəti plenar iclasın gündəliyinə daxil edilib.

Milli Məclisin qərarına əsasən, Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər.

Bundan əlavə, hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Milli Məclisin bu qərarı aprelin 14-də plenar iclasda səsə qoyulacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA