03-04-2015 [12:06]
Son aylar Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla bağlı gərginliyin yarandığı azərbaycanlıların ən fəal təşkilatlarından biri - "Azərros”da "FMMM: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda tədbir tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə son aylar təşkilatın Ağsaqqallar Şurasının sabiq rəhbəri
Abbas Abbasovun və tərəfdarlarının xoşagəlməz və süni gərginlik yaradan fəaliyyətinə
qiymət verilib. Sonda tədbir iştirakçıları, həmçinin Rusiyada mövcud olan Azərbaycan
təşkilatlarının rəhbərləri tərəfindən Azərbaycan Prezidenti Ilham Əliyevlə Rusiya
prezidenti Vladimir Putinə müraciət qəbul olunub.
Mia.az
hər iki müraciəti "Azərros”un rəsmi saytına istinadən olduğu kimi təqdim edir:
"Hörmətli
İlham Heydər oğlu!
Müraciətimizin
əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti
(AzərRos FMMM) ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə
nəticələnə biləcək dramatik vəziyyətdir.
Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının sabiq Baş nazirin
müavini Abbas Abbasov və ondan maddi cəhəddən asılı olan tərəfdaşları Rusiya
Federasiyasının "Milli-mədəni muxtariyyət haqqında" və "Xarici
agentlər haqqında” Federal Qanunları kobud şəkildə pozaraq AzərRos FMMM ictimai
təşkilatına basqın edib ələ keçirməyə çalışırlar.
Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşadığımıza baxmayaraq, tarixi Vətənimiz ilə bağlı bütün
məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli
adət-ənənələrinin, həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluq və
qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının
vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada AzərRos FMMM-nin rəhbəri
vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı
və Azərbaycan xalqını Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük
federal təşkilatlardan biri olan AzərRos FMMM-ni ona şübhəsiz etibar etdik.
AzərRos FMMM 1999-cu ildə Rusiyada təsis edilmişdir. Fəaliyyət göstərdiyi illər ərzində sözügedən təşkilat Rusiya Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilmişdir.
Lakin Abbas Abbasov verdiyi sözlərini yerinə yetirməmişdir. Rusiya azərbaycanlılarını birləşdirilməsi və AzərRos FMMM ilə digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə o, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A.Abbasov Rusiya azərbaycanlılarını Sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır.
Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımızın AzərRos FMMM-yə və bizə, bu təşkilatın üzvlərinə, qarşı nifrət yaradırdı.
Azərbaycan Respublikasının hakimiyyət orqanlarına müxalif qüvvə kimi
Azərbaycanda yaşayan qohumlarımız və ictimaiyyətin münasibətini biz anlamama və
təəssüf hissləri ilə qəbul edirik. Yeni rəhbərlik ilə AzərRos FMMM üzvlərinin
dialoq qurmaq bütün cəhdləri A.Abbasovun mövqesinə görə heç bir nəticəyə
gətirməmişdir. O, təşkilatda avtoritar idarəçilik sistemini yaratmış,
rəhbərliyin mövqesindən fərqli mövqe tutan hamını qovmuş və AzərRos FMMM-ni
"cib” ictimai təşkilatına çevirmişdir. 28 fevral 2014-cü il tarixində RF
Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə birgə "kağızda”
AzərRos FMMM-nin qurultayını keçirmiş. Həmin qurultay əsnasında bütün "xoşa
gəlməyən” və "sözə baxmayan” regional təşkilatlar AzərRos FMMM-dən
çıxarılmışlar. 2015-ci ilin əvvəlində təşkilatın tərkibində 40-dan çox
Rusiyanın Azərbaycan milli-mədəni muxtariyyətindən cəmi 4-ü (!) mövcud
qalmışdır.
İctimai
təşkilatımızın şəxsi maraq nöqteyi nəzərindən özəlləşdirilməsini və istifadə
edilməsini daha rahat izləyə bilmirdik. Əvvəlki adını bərpa etmək, böhranı
uğurla addımlamaq və AzərRos FMMM-ni qorumaq məqsədilə 17 yanvar 2015-ci il
tarixində Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal
Şura üzvləri və regional liderləri FMMM-nin ümumrusiya növbədənkənar
qurultayını keçirdilər. Qurultayda muxtariyyətin son iki il ərzində gördüyü işləri
qeyri-qənaətbəxş təsdiq edildi, nümayəndələr AzərRos FMMM-nin sabiq sədri Asif
Məhərrəmova etibarsızlıqlarını ifadə etdilər və A.Abbasovun başçılıq etdiyi
Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın barışması və birləşməsi məqsədilə
nümayəndələr tərəfindən cari ilin 6 mart tarixinə qədər qurultayın işində
fasilə elan edilmişdir. Lakin A.Abbasov ümumrusiya azərbaycanlılar qurultayının
qərarını saymaraq və Azərbaycan diasporunun bəzi nümayəndələrini aldadaraq, 20
fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı
ilə öz "qurultayını” keçirmişdir. Azərbaycanlıları özündən ayırıb Dağıstan
döyüşçüləri və polis arxasında gizlənərək o, AzərRos Federal Şurasının digər
üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatlar nümayəndələrini
"qurultaya” buraxmamışdır. Öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və
Azərbaycana qarşı nifrətini bir daha təsdiq etdi.
Hörmətli İlham Heydər oğlu!
Regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya və ətrafında olan post-sovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman biz, Rusiya azərbaycanlıları, millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışırıq. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yaşadıqları yerindən asılı olmayaraq, Azərbaycanı bütün dünya azərbaycanlılarının Vətəni adlandırıb. 2011-ci ildə Dünya azərbaycanlılarının III qurultayında çıxış edərək Siz bütün azərbaycanlıları birlik, sülh və öz tarixi Vətəninin milli maraqlarının qorunmasına çağırdınız. Biz həmişə Heydər Əliyevin vəsiyyətinə riayət edirdik və edirik və Sizin bizə qarşı qayğınızı və diqqətinizi yüksək qiymətləndiririk.
Təəssüf ki, A.Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradır.
Sabiq Baş nazirin müavini A.Abbasov Azərbaycan
Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq, Rusiya Federasiyasının
qanunlarını pozaraq Rusiya ictimai təşkilatını əlinə almağa çalışan və dağıdıcı
hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan Azərbaycan
Respublikasının vətəndaşı A.Abbasovla bağlı Azərbaycan Respublikasının müvafiq
dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi Sizdən
xahiş edirik.
Dərin hörmətlə,
Abdullayeva M.S., AzərRos FMMM-in
üzvü Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi Abdurəşidov Ş. "Kontinent”
MMC Əvəzov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM Аğayev Q., Moskva vilayəti üzrə RMMM
Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi Əlcanova A., AzərRos FMMM-in
Gənclər birliyi Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü Allahveridyev Т., Аlıyev А., şair ƏİB "Şəhriyar”
Amanov E.А., RMMM Kaluqa vilayəti Аslan
М., "Kontinetnt” MMC Əhmədov Q.M. AzərRos FMMM-in üzvü Əhmədov T.N. Babayev
T.E. Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi Hacıyev T.S. ., AzərRos
FMMM-in üzvü Qəmbərov R.A. МMM İvanovo şəhəri Qarayev İlqar "Kontinent” MMC
Həsənov E.R. Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi Qasımov А., şair ƏİB
"Şəhriyar” Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi Qurbanov D.B. Qurbanov
S.M. MMMM Luberes r-nu Moskva vil-ti Hüseynov A., tarix elmləri doktoru,
professor Hüseynov А.İ., RMMM Yaroslav vilayəti. Hüseynov R.İ., Ulyanovsk
şəhəri Hüseynov F.A., "Kontinetnt” MMC Gəncəliyev N., RMMM Astraxan vilayəti
Cavadov Ş.D. RMMM Kaluq avilayəti Cəlalov Ş.D., "Kontinent” MMC Cəfərli X.,
AzərRos FMMM-in Gənclər birliyi Cəfərov Ş., RÜAK Fondu, Moskva şəhəri. Dövlətov
A. AzərRos FMMM-in Gənclər birliyi Zeynalov А., AzərRos FMMM-in Gənclər birliyi
Zeynalov E.İ., AzərRos FMMM-in Gənclər birliyi İsrafilov А. N. Qəlbiyev U.İ.
Məhərrəmov Ə.Y. Məmmədov A.İ. Krasnoyarsk şəhəri Məmmədov A. А. Məmmədov V.,
publisist ƏİB "Şəhriyar” Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi Məmmədov
S., şair ƏİB "Şəhriyar” Məmmədov E.A. Məmmədov S.A. MMMM İvanovo şəhəri Məcidov
Y., AzərRos FMMM-in Gənclər birliyi Mehdiyev А., jurnalist Mustafayev V.R.,
RMMM Rostov vilayəti Rəhimov R.F. Sadıxov S.K., AzərRos FMMM-in fəxri
prezidenti Səfərov А. S. Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu Seyidov
A.R. RMMM Surqut şəhəri (ХМVD) Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti
Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri.
Xanbabayev E., RÜAK Fondu, Moskva şəhəri. Xıdırov Y.Y., AzərRos FMMM-in
vitse-prezidenti Şamilov V., AzərRos FMMM-in Gənclər birliyi Şamilova İ.,
AzərRos FMMM-in Gənclər birliyi Yaqubov A.N. MMMM İvanovo şəhəri
Moskva şəh. 3 mart 2015-c il
******
Rusiya Federasiyasının Prezidenti, cənab
Vladimir Putinə,
Möhtərəm Vladimir
Vladimiroviç!
Son zamanlar Rusiya azərbaycanlılarının Federal
Milli-Mədəni Muxtariyyətinin (FMMM AzərRos) ətrafında yaranmış və təşkilatı
dağılma təhlükəsi qarşısında qoyan dramatik vəziyyət bizləri Sizə müraciət
etməyə vadar etdi. Belə ki, Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının
Baş nazirinin keçmiş müavini Abbas Abbasov, ondan maddi olaraq asılı olan
tərəfdaşları ilə Rusiya Federasiyasının 17.06.1996-cı il tarixli, 74-FZ saylı
"Milli-mədəni muxtariyyət haqqında” Federal Qanununu və Rusiya Federasiyasının
20.07.2012-ci il tarixli N 121-FZ saylı, "Rusiya Federasiyasının xarici
agentlik funksiyalarını həyata keçirən qeyri kommersiya təşkilatlarının
fəaliyyətinin tənzimlənməsi haqqında ayrı qanunverici aktlara dəyişikliklərin
edilməsi haqqında” Federal Qanununu kobud şəkildə pozaraq, "AzərRos” FMMM
ictimai təşkilatını zəbt etməyə çalışır.
AzərRos FMMM 1999-cu ildə Rusiyada yaradılıb. Öz
fəaliyyəti dövründə təşkilat RF-ki azərbaycanlı icmalarını vahid mərkəz
ətrafında birləşdirməyə nail olub, FMMM-in tərkibinə 40-dan artıq regional
təşkilat daxil olub. Son zamanlara qədər AzərRos FMMM Azərbaycan mədəniyyətinin
və adət-ənənələrinin qorunması, çoxmillətli Rusiyada yaşayan xalqlar arasında
barışığın möhkəmlənməsi, Azərbaycan və Rusiya xalqları və dövlətləri arasında
dostluq və mehribançılığın inkişaf edilməsi kimi tapşırıqları layiqincə yerinə
yetirib. Təşkilat çox millətli Rusiya cəmiyyətində ekstremizmə, separatizmə və
radikalizmə qarşı müqavimət göstərib, ölkə rəhbərliyinin siyasi kursunu daima
dəstəkləyib. Sizin göstərişiniz əsasında 2001-2003-cü illərdə AzərRos FMMM-in
rəhbəri, etibarlı nümayəndəniz Söyün Sadıxov milli məsələlər üzrə keçmiş nazir
Vladimir Zorin və RF XİN-in nümayəndələri ilə birlikdə AŞPA və AŞ-ın milli
azlıqların məsələləri ilə bağlı iclaslarında iştirak edib, Rusiyanın
maraqlarını təmsil edib, həmçinin Şimali Qafqazda konstitusiya qayda-qanununun
tətbiqi və terrorizmlə mübarizə kimi ciddi məsələlərdə Sizin siyasətinizi
dəstəkləyib.
Lakin, son il yarım ərzində bu şərəfli fəaliyyəti davam etdirmək və ictimaiyyət üçün əhəmiyyətli olan işin aparılması əvəzinə, biz AzərRos FMMM-in fəaliyyətində eniş müşahidə edirik. AzəRos FMMM-in problemləri 2013-cü ildə təşkilatın rəhbərliyinin dəyişməsi ilə başlanıb. Belə ki, Abbas Abbasov hiyləgər vasitələrlə muxtariyyətin prezidenti vəzifəsinə, qurumu öz şəxsi mənafeləri və gücü üçün mənbə kimi görən Asif Məhərrəmovu gətirdi (DİN ehtiyat olan polkovniki). Bu sözdə xadim, özünü FMMM-in tərkibində qurmuş olduğu Ağsaqqallar Şurasının sədri elan etmiş Abbas Abbasovun əlində oyuncağa çevrildi.
A.Abbasovun timsalındakı yeni rəhbərlik, 15 il AzərRos FMMM-in ictimai-siyasi həyatında müvəffəqiyyətlə və fəal iştirak etmiş, lakin Abbasov siyasəti ilə razılaşmayan regional və yerli təşkilatların nümayəndələrindən qurtulmaq məqsədi ilə 28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan "kağız üzərində” qurultay keçirib. A.Abbasov və A.Məhərrəmov Sizin və Azərbaycan Respublikasının Prezidenti adından istifadə edərək, Rusiya azərbaycanlıları üzərində "nəzarətçi” və "polisay” mövqeyini tutmuşlar.
Öz şəxsi ambisiyalarını rəhbər tutaraq, A.Abbasov AzərRos FMMM-i öz
siyasi maraqlarını həyata keçirmək üçün bir alətə çevirmişdir. Bunun
nəticəsində o, Rusiyanın azərbaycanlı icmasının, həmçinin Rusiya və Azərbaycan
xalqlarının münasibətlərində gərginlik mənbəyinə çevrildi. Ağsaqqallar
Şurasının keçmiş üzvü Rüstəm İbrahimbəyovla birlikdə o, öz əməlləri ilə Sizin
adınızdan Azərbaycanın rəhbərliyinə ünvanlanan müxtəlif məzmunlu bəyanatlarla
çıxış edərək Azərbaycan ictimaiyyətində Rusiya hökumətinə qarşı etibarsızlıq
yaratdı. A.Abbasovun bu hərəkətləri Azərbaycan ictimaiyyəti və Rusiya
azərbaycanlıları tərəfindən mənfi qarşılandı.
AzərRos FMMM-in yeni rəhbərliyi ilə danışıqlar aparmaq
istiqamətində göstərilən bütün səylər A.Abbasovun tutduğu mövqe, təşkilatda
qurduğu avtoritar idarəetmə ucbatından uğursuzluğa düçar oldu, rəhbərlikdən
fərqli düşünən hər kəsi təşkilatdan kənarlaşdıraraq, o AzərRos FMMM-i ciblik
bir quruma çevirdi. Son iki il ərzində AzərRos FMMM-dən bütün "xoşagəlməz”
regional təşkilatlar xaric edilib – 2015-ci ilin əvvəlinə onun tərkibində cəmi
4 milli-mədəni muxtariyyət qaldı.
AzərRos FMMM-ki böhranın həlli məqsədi ilə təşkilatın Federal Şuranın üzvləri və rəhbərləri 17 yanvar 2015-ci il tarixində öz sıralarına 120 nümayəndəni və bütün Rusiyadan 200-ə yaxın qonağı toplamış növbədənkənar qurultayın keçirilməsini təmin etdilər.
Qeyd etmək lazımdır ki,
qurultay RF hüquq-mühafizə təşkilatlarının təzyiqi altında keçirildi. Milli
məsələləri idarə edən Prezident Administrasiyasının bəzi məmurları bölgələrdəki
Azərbaycan təşkilatlarının üzvlərinə təzyiqlər göstərərək, öz hərəkətləri ilə
fitnə və münaqişəni gərginləşdirərək legitim qurultayın keçirilməsinə maneələr
yaratmağa çalışdılar. Biz hesab edirik ki, onlar A.Abbasov tərəfindən
aldadılıblar.
Qurultayda muxtariyyətin son iki ildəki fəaliyyəti qeyri qənaətbəxş hesab edilib, iştirakçılar A.Məhərrəmova və A.Abbasova qarşı etimadsızlıqlarını ifadə edərək, sonuncunun başçılıq etdiyi Ağsaqqallar Şurasını ləğv etdilər. Təşkilatın birliyi və barışığı naminə iştirakçılar cari ilin 6 mart tarixinədək qurultayın işində fasilə elan etdilər və A.Abbasovu danışıqlara çağırdılar. Lakin o, ümumrusiya azərbaycanlılarının qərarına laqeyd yanaşdı.
Açıq dezinformasiya və saxtakarlıqla, o, Rusiya dövlət qurumlarının,
xüsusi ilə Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin və Daxili İşlər
Nazirliyinin nümayəndələrini hələ də aldatmağa davam edir. 28 fevral tarixində
A.Abbasov Moskvanın Millətlər Evində Azərbaycan ictimaiyyətindən və kütləvi
informasiya vasitələrindən gizli olaraq, bağlı qapılar arxasında, Rusiyanın
40-dan artıq regional və yerli Azərbaycan ictimai təşkilatının nümayəndələrinin
iştirakı olmadan, lakin RF Ədliyyə Nazirliyinin nümayəndəsinin və cəmi 4 (!)
regional təşkilatın nümayəndəsinin iştirak ilə "uğurlu qurultay” keçirtdi.
AzərRos FMMM FŞ-ın , təşkilatın əsasını təşkil edən, həmçinin regional və yerli
milli-mədəni muxtariyyətlərinin üzvləri münaqişə vəziyyətinin həlli üçün Moskva
Millətlər Evinin önünə gəlmişlər, lakin onların qarşısı RF DİN və xüsusi
təyinatlı qüvvələri, həmçinin A.Abbasovun kiraladığı Dağıstanlı dəstələr
tərəfindən kobud şəkildə kəsilmişdi. Biz bu 28 fevral qurama və saxta qurultayı
qeyri qanuni hesab edirik və AzərRos FMMM FŞ-ın əksər üzvünün və Rusiyadakı
Azərbaycan təşkilatlarının rəhbərlərinin tam iştirakı olmadan qəbul edilmiş
qərarların ləğv edilməsini tələb edəcəyik. Öz hərəkətləri ilə A.Abbasov icma
daxilindəki münaqişəni və AzərRos FMMM-ki parçalanmanı daha da dərinləşdirdi və
çıxılmaz bir nöqtəyə gətirdi.
Hörmətli Vladimir
Vladimiroviç!
Biz düşünürük ki, AzərRos FMMM-in parçalanması artıq Azərbaycan icmasının bilavasitə daxili problemi deyil. Kəskinləşən qarşıdurma, çox millətli Rusiya cəmiyyətində bütövlüklə xoşagəlməz mühitin yaranmasına səbəb olur.
Rusiya ətrafında mövcud gərgin siyasi şəraitdə bizlər, Rusiya vətəndaşları, cəmiyyətin daxilindəki narazıçılıqları aradan qaldıraraq birliyə nail olmaq istəyirik.
Biz bu gün dünya və Ukrayna ətrafında mövcud olan gərgin vəziyyətdə AzərRos FMMM-dəki münaqişənin daxili çərçivədən millətlər arası səviyyəyə daşmasından ehtiyat edirik.
Münaqişənin artmasının və yaranmış
böhrandan çıxış yolunun tapılması məqsədi ilə biz, Sizə RF vətəndaşlarının
konstitusiya hüquqlarının qarantı kimi müraciət edərək, RF "İctimai təşkilatlar
haqqında” və RF "Milli-mədəni muxtariyyət haqqında” Qanunların pozulması
məsələsinin araşdırılması məqsədi ilə aidiyyəti hökumət təşkilatlarına,
həmçinin milli siyasət məsələləri üzrə səlahiyyətli olan RF Prezidenti
Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedsalamova və RF Ədliyyə
Nazirliyinə AzərRos FMMM-in fəallarının iştirakı ilə iclasın keçirilməsinə dair
göstəriş verməyinizi xahiş edirik.
Dərin hörmətlə,
• Abdullayeva
M.S., AzərRos FMMM-in üzvü
• Abdullayeva E.,
AzərRos FMMM-in Gənclər birliyi
• Abdurəşidov Ş.
"Kontinent” MMC
• Əvazov Eldəniz,
Moskva vil., Lenin r-nu üzrə MMM.
• Аğayev Q., Moskva vilayəti üzrə RMMM .
• Ağamirova L.,
AzərRos FMMM-in Gənclər birliyi
• Əlcanova A., AzərRos
FMMM-in Gənclər birliyi
• Əliyev Q.M.
AzərRos FMMM FŞ-ın üzvü
• Allahveridyev Т.,
• Аlıyev А., şair ƏİB "Şəhriyar”
• Amanov E.А., RMMM Kaluqa vilayəti
• Аslan М., "Kontinent” MMC
• Əhmədov Q.M.
AzərRos FMMM-in üzvü
• Əhmədov T.N.
• Babayev T.E.
• Bəkirova Ş.,
AzərRos FMMM-in Gənclər birliyi
• Hacıyev T.S. .,
AzərRos FMMM-in üzvü
• Qəmbərov R.A. МMM İvanovo şəhəri
• Qarayev İlqar
"Kontinent” MMC
• Həsənov E.R.
• Həsənova Z.,
AzərRos FMMM-in Gənclər birliyi
• Qasımiv А., şair ƏİB "Şəhriyar”
• Quliyev V.,
AzərRos FMMM-in Gənclər birliyi
• Qurbanov D.B.
• Qurbanov S.M.
MMMM Luberes r-nu Moskva vil-ti
• Hüseynov A.,
tarix elmləri doktoru, professor
• Hüseynov А.İ., RMMM Yaroslav vilayəti.
• Hüseynov R.İ.,
Ulyanovsk şəhəri
• Hüseynov F.A.,
"Kontinent” MMC
• Gəncəliyev N.,
RMMM Astraxan vilayəti
• Cavadov Ş.D.
RMMM Kaluq avilayəti
• Cəlalov Ş.D.,
"Kontinent” MMC
• Cəfərli X.,
AzərRos FMMM-in Gənclər birliyi
• Cəfərov Ş., RÜAK
Fondu, Moskva şəhəri.
• Dövlətov A.
AzərRos FMMM-in Gənclər birliyi
• Zeynalov А., AzərRos FMMM-in Gənclər birliyi
• Zeynalov E.İ.,
AzərRos FMMM-in Gənclər birliyi
• İsrafilov А. N.
• Qəlbiyev U.İ.
• Məhərrəmov Ə.Y.
• Məmmədov A.İ.
Krasnoyarsk şəhəri
• Məmmədov A. А.
• Məmmədov V.,
publisist ƏİB "Şəhriyar”
• Məmmədov R.,
AzərRos FMMM-in Gənclər birliyi
• Məmmədov S.,
şair ƏİB "Şəhriyar”
• Məmmədov E.A.
• Məmmədov S.A.
MMMM İvanovo şəhəri
• Məcidov Y.,
AzərRos FMMM-in Gənclər birliyi
• Mehdiyev А., jurnalist
• Mustafayev V.R.,
RMMM Rostov vilayəti
• Rəhimov R.F.
• Sadıxov S.K.,
AzərRos FMMM-in fəxri prezidenti
• Səfərov А. S.
• Səfərov İ., MMMM
Moskva vil-nin Şelkov r-nu
• Seyidov A.R.
RMMM Surqut şəhəri (ХМVD)
• Surxayev Z.B.,
MMMM Mtişi r-nu, Moskva vil-ti.
• Tağıyev Ş., RÜAK
Fondu, Moskva şəhəri.
• Xanbabayev E.,
RÜAK Fondu, Moskva şəhəri.
• Xıdırov Y.Y.,
AzərRos FMMM-in vitse-prezidenti
• Şamilov V.,
AzərRos FMMM-in Gənclər birliyi
• Şamilova İ.,
AzərRos FMMM-in Gənclər birliyi
• Yaqubov A.N.
MMMM İvanovo şəhəri
Moskva şəh. 3 mart
2015-c il.
Dəyirmi masa
iştirakçılarının
tapşırığı ilə
AzərRos FMMM-in
Prezidenti
v.m.i.e., Federal Şuranın üzvü Hacıyev T.S.
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ