"Var qüvvə və bacarığımızı sərf еdəcəyik" - Gənclər İlham Əliyevə söz verdilər (FOTOLAR)

img

02-04-2015 [17:50]


Bu gün YAP Biləsuvar rayon Təşkilatında Gənclər Birliyinin IV Konfransı keçirilib.

Mia.az-a daxil olan məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyublar.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü  Mahir Quliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və  rayonun ayrı-ayrı idarəetmə strukturlarında, özəl  və digər sahələrdə çalışan gənclər iştirak edib.

İclasda Gənclər Birliyinin sədri  Kamil Qurbanlı çıxış edərək son illər rayon gəncləri tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Natiq bildirib ki, YAP Biləsuvar Rayon Təşkilatının Gənclər Birliyində 1443 nəfər gənc partiya üzvü fəaliyyət göstərir:

"Diqqətəlayiq haldır ki, onlardan 651 nəfəri qadınlardır. YAP-çı gənclərimizdən 714 nəfəri təhsil, səhiyyə, mədəniyyət və idarəetmə sahəsində çalışır. Bu fakt və 916 nəfər gəncimizin  ali təhsilli olması Gənclər Birliyinin təbliğat-təşviqat potensialının zənginliyinin göstəricisidir. Sevindirici haldır ki, Gənclər Birliyinimizin 68 nəfəri   bələdiyyə üzvü kimi fəaliyyət göstərir. Gənclərin partiyamıza qoşulma meyli rayonumuzda kifayət qədər yüksəkdir. Təkcə 2014-cü il ərzində sıralarımıza 214  nəfər gəncin qəbul edilməsi müsbət dinamika üzrə artımın real göstəricisi kimi dəyərləndirilməlidir.

Bir məqamı da vurğulamaq istərdim ki, partiya sədri cənab  Ilham  Əliyеvin diqqət və qayğısı sayəsində gənclərimizin  öz bilik və bacarıqlarını  göstərə bilmələri  üçün  əlvеrişli  şərait  yaradılıb. Bu amil isə gənclərimizin  partiya  sıralarına  daхil  olmasına  müsbət  təsir  göstərib".

K.Qurbanlı çıxışının sonunda Prеzidеnt,Yeni Azərbaycan Partiyasının sədri İlham  Əliyеvi əmin  еdib ki, biləsuvarlı gənclər bundan sonra da qarşıya qoyulan vəzifələri şərəflə  yеrinə  yеtirəcək: 

"Möhtərəm prezidentimiz və partiyamızın sədri cənab İlham Əliyevin bizə  bəslədiyi  ümidləri  ləyaqətlə doğrultmaq  üçün  var  qüvvə  və  bacarığımızı sərf  еdəcəyik".
 
Sonra YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi  Məcid Əhmədov və digər  çıxış edənlər də Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli yol barədə ətraflı məlumat veriblər.

Konfransda  iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü  Mahir Quliyev çıxış edərək partiyanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında oynadığı rolu xüsusi qeyd edərək, bildirib ki, Azərbaycanıın müstəqil bir dövlət olaraq var olmasını məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, Ümummilli  Lider Heydər Əliyev həyata keçirib:

"Bu gün də möhtərəm  prеzidеntimiz  cənab  Ilham Əliyеvin apardığı  məqsədyönlü siyəsət nəticəsində  Azərbaycan dünya ölkələri arasında söz sahibi olaraq qəbul olunur".

Daha sonra konfransın gündəliyinə uyğun olaraq, YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin yeni tərkibi və YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilib və nümayəndələr adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA