"... bunu faktlarla sübut edə bilərəm" - partiya sədri

img

02-04-2015 [15:31]


"Xədicə İsmayılı müdafiəyə qalxan "Freedom House”un araşdırmalar üzrə vitse-prezidentiArch Puddingtonun özü də ermənidir”. Bu sözləriSİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev adıçəkilən təşkilat rəsmisinin "SƏS” qəzetini ittiham edərək, ötən il Xədicə İsmayılın erməni kökənli olması iddiası ilə faktlara əsaslanan yazı dərc etməsinə qarşı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə "Freedom House”un Azərbaycanda müdafiə etdikləri ermənilərdir: "Bu ifadəmə görə, məni məhkəməyə versələr belə, bunu faktlarla sübut edə bilərəm. Leyla Yunus, Xədicə İsmayılın erməni olmalarını sübut etməyə hazıram, ancaq beynəlxalq təşkilatlar mənimlə üzləşməyə cəsarət etmirlər. Bir zamanlar Cəmil Həsənlinin özü də kürəkəninin erməni olması faktını danırdı ancaq sonradan özü bunu efirdə etiraf etdi”.

MMP sədri deyib ki, beynəlxalq təşkilatlar hər zaman ölkəmizə qarşı ədalətsiz mövqedən çıxış ediblər. Lakin bunun qarşısı mütləq alınmalıdır: "Bunun qarşısını almaq üçün biz də əks hücuma keçməliyik. Beynəlxalq təşkilatların bizə qarşı apardığı qara kampaniya bir mərkəzdən idarə olunur. Qərbin, Avropanın ideoloji mərkəzlərində hazırlanan resept əsasında Azərbaycanda Maydan hərəkatının yaranması üçün çox ciddi ideoloji mübarizə aparırlar. Ancaq tam əminəm ki, bu cür saxtakar əməllərinin qarşısını hər zaman alacağıq və son nəticədə onların fəaliyyəti iflasa uğrayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA