Deputatın atası vəzifəsindən çıxarıldı

img

02-04-2015 [10:53]


Deputat Ceyhun Osmanlının atası Yunus Osmanov vəzifələrini itirməli olub.
 
Mia.az Lent.az-a istinadən xəbər verir ki, deputatın atasının vəzifədən getməsinə səbəb icra hakimiyyətlərində həyata keçirilən sturuktur islahatlarıdır:
 
"Yunus Osmanov Göyçay rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində işləyirdi. O, eyni zamanda, rayon İH-nin aqrar məsələlər şöbəsinə rəhbərlik edirdi.  Y.Osmanovun adı rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb". 
 
Fakt İcra Hakimiyyətindən təsdiqlənib.
 
Xatırladaq ki,  aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA