KAXCP-dən iqtidara mesaj verildi

img

01-04-2015 [12:30]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KAXCP)İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək, uyğun qərarlar qəbul edilib.

İclasda hakimiyyətllə müxalifət partiyalarının görüşlərinin davam etdirilməsi müsbət hal kimi dəyrləndirilsə də, aparılan müzakirələrin hələki heç bir ciddi nəticəverməməsi ilə bağlı narahatlıqlar bildirilib:
"Bundan əlavə, KXCP Zona Əlaqələndirmə Komitələrinin partiyanın sədri və digər rəhbər şəxslərinin iştirakı iləLənkəran, Qubavə İsmayıllıda keçirilmiş yığıncaqları ilə bağlı məlumatlar dinlənilib. Partiyanın rayon şöbələrində keçirilən yığıncaqlara yerli hakimiyyət orqanlarının maneçilik törətməsi isə pislənilib".

Sonda isə partiyanın rəhbər şəxslərinə Zona Əlaqələndirmə Komitələrinin toplantıları ilə bağlı tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA