İcra hakimiyyətləri ilə bağlı qərar verildi; Başçıların müavinlərinin sayı azaldıldı

img

01-04-2015 [11:49]


İcra başçılarının aqrar məsələlər üzrə müavini və aqrar şöbə ləğv olunub.


Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib.


 Mia.az lent.az-a istinadən xəbər verir ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdi.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz icra hakimiyyətləri faktı təsdiq edib.

O da bildirilib ki, İH-nin aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar İH-nin iqtisadiyyat şöbəsində işlə təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA