«Satqın müxalifətin içində istədiyim an təxribat törədə bilərəm» - Partiya sədri

img

01-04-2015 [00:58]


Müasir Müsavat Patiyasının sədri Hafiz Hacıyev mia.az-a müsahibə verib.

- Hafiz müəllim, bir neçə gün öncə Mirzə Sakitlə Fikrət Hüseynli arasındakı atışma AXCP ətrafındakı olaylara işıq saldı. Bu atışma fonunda səslənən fikirlər barədə nə deyə bilərsiniz?

- Mən dəfələrlə demişəm ki, Müsavat da. AXCP də şeytan fuvasıdır, ordakıların hamısı şəxsi maraqlarını güdürlər və hər zaman mili maraqlarımızı satmağa hazırdırlar. Bu gün dediklərim özünü doğruldur. Bir vaxtlap mən İsa Qəmbəri, Əli Kərimlini, Cəmil Həsənlini ittiham edəndə bunlar məni qeyri-ciddilikdə suçlayırdılar. Amma onlar öt ətrafındakılardan xəbərsizdirlər. Lazım gələndə mən onların evlərinin içindən də məlumat ala bilirəm. Yəni, satqın müxalifətin içində istədiyim an, istədiyim formada təxribat törədə bilərəm. Hətta onların ağıllarına belə gəlməyən yerdən zərbə endirə bilərəm. Əli Kərimlinin yanında elə adamlarım ki, onun yediyi-içdiyi barədə də məlumt ala bilirəm. Ancaq düşünürlər ki, guy çox böyük siyasətçidirlər, amma öz yaxın ətraflarından xəbərsizdirlər.

- Sizcə, Mirzə Sakitlə Fikrət Hüseynli arasındakı söz savaşındakı səslənən faktlar nə dərəcədə həqiqətdir?

- Bunların hamısı faktdır. Bu məlumatları mən çoxdan bilirdim, çünki onların içində mənim çox etibarlı adamlarım var. Milli Şuranın 10 faizinin mənimlə sıx münasiöəti var, xeyli hisəsi ilə də əlaqələrim mövcuddur, nə zaman, hansı qərar verəcəklərini də bilirəm. Təvazökarlıq olmasın, orda istənilən an, istənilən məsələdə istiqaməti dəyişmək gücünə də sahibəm. Bunların hamısı MMP-nin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki konsepsiyasının tərkib hissəsidir. Ona görə də mən hər yerdə adamımın olmasına çalışarm.

- Belə çıxır ki, Müsavatda da adamlarınız var?

- Əlbəttə. Müasat Partiyasının parçalanmasında bizim çox böyük zəhmətimiz oldu. Qabil Hüseynli ilə dfələrlə görüşlərimiz oldu, onunla apardığımız müzakirələr nəticəsində Müsavatdan uzaqlaşdı. Mən hələ bir epizodu deyirəm. O cümlədən də AXCP-də. Əli Kərimlinin ən yaxın ətrafındakı adamlar var ki, mənə işləyir. Mən onlara hər zaman maddi dəstək də vemişəm, heç vaxt da qoymaram ki, ac qalsınlar. Bəlkə də məni qınayanlar olacaq, amma mən bu yoldan dönməyəcəm. İstəyirəm ki, bu adamlar anlasınlar ki, öz liderləri Elçibəyə xəyanət etdiklərini hər kesə göstərdiyim kimi, bütün xəyanətlərini ifşa edəcəm. Sülhəddin Əkbərin yanında İsa Qəmbərə dediymi sözün üstündə durdum. Əli Kərimlinin üzünə kabinetində tüpürdüyüm gün indiyə kimi yadımdadır. Dedim ki, siz Elçibəyə xəyanət elədiniz, buna görə həyatımın sonuna kimi mübarizə aparacağm. İnd idə o mübarizəni aparıram.

- Başqa kimlərlə əlaqələriniz var?

- Mirzə Sakit həmişə bizə yaxın olan adam olub. Mənim onunla birbaşa təmasım olmasa da, rəhmətlik müvavinim Təranə xanımla əlaqə saxlayıb, müzakirələr aparıblar. Fikrətin özü həmişə bizim sifarişimizlə işləyən adam olub. Fikrət niyə yadından çıxarıb ki, ona harda kimin vasitəsiylə nələr vermişik. O da bunun müqabilində Əli Kərimli haqqında hansı faktları verdiyini açıqlasam, gərək ortaya çıxmaya. İstəmirəm ki, orda olan emissarlarımın adını açıqlayım. Son dövrlər maliyə sıxıntılar ilə bağlı müxalifətdəki adamlara maddi dəstək vermək imkanım məhdudlaşıb, onların aylıq haqqını verə bilmirəm. Ancaq onlar da məni bir az başa düşsünlər, qısa müdətdə hər şeyi yoluna qoyacağam.

- Necə düşünürsünüz, müxalifət düşərgəsi qarşıdakı dövrdə hansı planlar üzərində işləyir?

- Çox mənfur bir plan üzərində hazırlıq gedir. Mən bununla bağlı bir neçə ay öncədən məlumat vermişdim. Bir daha gördum ki, radikalların daxilinə saldığım adamlara qoyduğum sərmayə havayı deyil. İndi də Avropadan sifariş alıblar ki, ölkədə aranı qarışdırsınlar. Bundan sonra daha detallı məlumatlar əldə etməyə çalışacam. İndi məşqlərə başlayıblar. Adını da talana son qoyublar. Bahalaşma olmasa da, bunlar başqa bir məsələni əllərində bayraq tutub ölkədə qarşıdurmaya gedəcəkdilər. Ancaq bu dəfə hakimiyyətin içindəki Elman Rüstəmov kimi birisi onların əlinə kozr verdi. Bu adamlarla hakimiyyətdəki bəzi qüvvələr də iş birliyinə gedirlər. Bu gün elə rektorlar var ki, Milli Şuranı maliyyələşdirir. Elə nazir var ki, partiya sədrini kabinetinə çağırıb ona pul verir. Onların telefon danışıqlarının səs yazısı da əlimizdə var.

- Ümumiyyətlə, hazırkı durumu nəzərə alanda, stabiliyin pozulması mümkündürmü?

- Şəxsən mən stabillik gözləmirəm. Müəyyən qüvvələr təxribat törətməyə çalışırlar. Bunu əziz qardaşım Novruz Bayramındakı çıxışında da qeyd elədi. Bunların hamısı xaricidən gəlir.

Sizə bir faktı da deyim, Cəmil Həsənlinin bir neçə ay öncə Avropaya səfəri olmuşdu. Keçmiş Fərhad Əliyevlə görüşərək, maliyyə dəstəyi verilməsi məsələsində razılıq əldə edilib. Qənimət Zahidin Azərbaycan saatı verilişini maliyyələşdirmək qərarı verilib. Yəni, bu radikallara o qədər pul verirlər ki, artıq bir növ qudurublar. İndi aprel 5-də mitinq təyin ediblər. Görünən odur ki, bunlar qan tökülənə qədər davam edəcəklər. Əli Kərimliyə sifariş gəlib ki, 5 aprel mitinqi elə olmalıdır ki, mayda meydana minlərlə insan toplamaq olsun. Artıq pulun bir hisəsi gəlib. Bunun qarşısının alınması üçün biz də əlimizdən gələni edəcəyik.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA