Məmurların mətbuatı məhkəməyə verməsi İlham Əliyevin siyasətinə zidd hərəkətdir

img

30-03-2015 [16:24]


"Mətbuata olan basqıları mən dövlətə olan basqı kimi qiymətləndirirəm". Bu sözləri Xalqxeber.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Yəni bu adamlar xalqını, dövlətini sevsəydilər mətbuata basqı etməzdilər. Mətbuat cəmiyyətin aynasıdır, mətbuat nöqsanları üzə çıxarıb məmurlara çatışmamazlıqları aradan qaldırmaq üçün bir vasitədir. Bu gün bəzi məmurlar maskalanıb və elə bilirlər ki, bunları görən yoxdur. Bunları da üzə çıxaran mətbuatdır. Maskalanmış məmurların zibillərini üzə çıxaran mətbuata qarşı həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edib, jurnalistləri məhkəməyə verirlər. Həmin məmurlar Ulu öndər Heydər Əliyevdən nümunə götürməyi bacarmır. Belə ki, Heydər Əliyev jurnalistlərə çox dözümlü münasibət bəsləyirdi. Bu gün də Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev mətbuata qarşı dözümlü münasibət bəsləyir. Prezident İlham Əliyev bütün çıxışlarında dəfələrlə deyib ki, məmurlar xalqın xidmətçisi olmalıdır. Əgər xalqın xidmətçiləri olan məmurlar 4-cü hakimiyyət sayılan mətbuatı məhkəməyə verirlərsə bu addım bir başa Prezident İlham Əliyevin "Mətbuata hücum etmək olmaz” sözlərini təkzib etmiş sayılır və vətənə, xalqa, dövlət başçısına xəyanət kimi qiymətləndirilir. Belə məmurlar mətbuata basqı etməklə, Azərbaycan dövlətini Qərbin və Avropanın gözündən salmağa çalışırlar. Belə bir imic formalaşdırırlar ki, Azərbaycanda insan hüquqları yoxdur, demokratiya pozulubdur və azad mətbuat yox səviyyəsindədir. Qərb dövlətləri, Avropa dövlətləri bu addımı Azərbaycanın əleyhinə işlədirlər. Yeni mən məmurların mətbuata basqısını Azərbaycan dövlətinə xəyanət hesab edirəm və düşünürəm ki, həmin məmurlar bu gün nəyəsə arxayındırlarsa sabah cəzalarını alacaqlar. Mən bunu belə düşünürəm.

Mən Prezident olsam hansı məmur mətbuata basqı etsə dərhal onu Ukranıyadakı kimi bir başa nazirlər kabinetinin iclasında həbs elətdirib, qoyduraram içəri. Yəni məmurlar vətəni istəyirlərsə, Azərbaycanı istəyirlərsə, dövlətimizin inkişafını istəyirlərsə və demokratiyanın bərqərar olmasını istəyirlərsə mütləq şəkildə mətbuatla əlaqəli işləməlidirlər. Məmur var oğlu avaralıq edir, məmur var özü axşama kimi "priton”larda, və yaxud da öz bağlarını "priton” ediblər. Nə qədər mügənnilər var və bundan başqa yolunu azmış qızlar var ora aparırlar. Həmin şəxslərə həm özləri, həm də oğlanları sataşır. Belə desək bunu mətbuat qabardıb, cəmiyyətə açıqlayır.

Mən bu gün sevinirəm ki, belə şəxsləri mətbuat nümayəndələri ifşa edir və qınaq obyevtivinə çevirir. Bu yolda Müasir Müsavat Partiyası sizin yanınızdadır.

Bu gün Azərbaycan cəmiyyətinin və xalqının içində elə bir əhval-ruhiyyə formalaşıb, elə bilirlər ki, gələcəyi mətbuat həll edəcək və bütün məsələləri jurnalistlər həll edəcək. Bəzi icra hakimiyyətləri var ki, onların pis əməllərini mətbuat yazan kimi dərhal məhkəməyə üz tuturlar. Mən bu məsələyə bir partiya sədri kimi pis baxıram və düşünürəm ki, hüquq mühafizə orqanlarına rəhbərlik edən şəxslər çox ciddi fikir verməlidir. Mən Prezident İlham Əliyevin bütün çıxışlarında onun sözlərinə şərik oluram. Belə ki, Azərbaycanı hətta mətbuatı korrupsioner, rüşvətxor məmurlar ordusundan qoruyub saxlamalıyıq bundan başqa arxa olmalıyıq.

Jurnalistlərə hədələrin olmasını və məhkəməyə verilməsini necə qiymətlədirirsiniz?

Bu qətiyyən yolverilməz haldır. Mən başa düşmürəm ki, məmurlar teroristirlərdirsə və yaxud da Bin Ladenin dəstəsindəndirlərsə acıq-aşkar desinlər. Məmur jurnalisti niyə hədələməlidir. Əgər jurnalist yazırsaki, hansısa bir rayonda rüşvət, korrupsiya var və böyük yeyinti varsa deməkki həqiqətdir. Çünki atalar yaxşı deyib od olmayan yerdən tüstü çıxmaz. Jurnalisti hədələmək teroristlərə aid olan işlərdir. Yoxsa məmurlar ölkəmizdə İŞİD ordusu yaratmaq istəyirlər, çünki İŞİD-çilər jurnalistlərin başını kəsirlər. Mən belə başa düşürəm ki, məhkəməyə üz tutan və jurnalistlərə hədə biçən məmurlar həmin teroristlərin tayıdırlar. Jurnalistlərin hədələnməsi və məhkəməyə verilməsi dövlət başçısı İlham Əliyevin siyasətinə ziddir. Mən bir partiya sədri, 3 dəfə Prezidentliyə namizəd və gələcək Azərbaycan Respublikasının Prezidenti olaraq qəti bunun əleyhinəyəm. Bu işlərə yol vermək nadanlıqdır və həmin məmurlar ciddi şəkildə cəzalandırılmalıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA