“Natiq Ədilov Fransada yaşamaq üçün satqınlıq edirdi”

img

30-03-2015 [13:58]



AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransada yaşamaq qərarına gəlib. Onun bu qərarına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı facebook.com sosial şəbəkəsində münasibət bildirib. Statusu olduğu kimi təqdim edirik:"Natiq Ədliov da Fransa da yaşayacaq....Bu gündən məşhur video sahibi olan Natiq Ədilovda Fransada yaşayacaq. Bütün günü gənclərin başını xarab edib "bu yaxınlarda hakmiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik" deyən adamın səsi Fransadan gəlir. Budur bunların riyagarlığı. Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalancı və saxtagardılar! Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənc aldadıb öz siyasətlərinin qurbanına çevirənlər iç üzləri acılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakmiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var: 1. Yaxşı qiymətə satılmaq. 2. Xaricə informaisya verib (əvvəllər buna işverənlik deyirdilər) və oradan gələn sifarişləri yerinə yetirib dolanmaq. 3. Xaricdə yaxşı yaşamağın yolu. Kərimlinin təsirinə düşən gənclər başa düşməlidilər ki, bu adamlar ancaq öz həyat şəraitini yaxşılaşdırmaq üçün "radikal müxalifət" libası geyinirlər. Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını- Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiq və s. şəxsləri Fransada yaşamasını təşkil edir. Maraqlıdır niyə bunlar Fransada gedirlər? Hər kəs bilir ki Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Və Fransa dövləti də hər zaman Ermənistana acıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvüləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək şəraitdə yaşmasını təmin olunmasını təbii qarşılamalıyıq... Bu Əli Kərimlinin əsl simasını göstərən faktlardan biridir.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA