Gürcüstanda azərbaycanlılara qarşı həbs dalğası - Saakaşvilinin tərəfdarları tutuldu

img

27-03-2015 [19:24]


Tiflisdə Gürcüstan Azərbaycanlılarının Tələbə Assosiasiyasının (GATA) sədri Samirə İsmayılova saxlanılıb. 

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Ramin Bayramov Tiflisdə hüquq-mühafizə orqanları Samirə İsmayılovanı və onun komandasını saxlaması barədə saat təqribən 01.30-da xəbər tutub. Onlar Tiflisin mərkəzi Vake rayonunda tutulub.

S.İsmayılova Gürcüstan azərbaycanlıları hərəkatının banisidir. Saxlanılanlar arasında onun həyat yoldaşı, həmçinin Elxan Nabiyev, təşkilatın rəhbəri Aslan Məmmədov, iki fəal Azər Ömər və Tamerlan Məmmədov, eləcə də "Azad zona" aktivisti Aqil Mustafayev var.

Maraqlıdır ki, saxlananlara kiməsə zəng etmək və tutulma haqqında məlumat vermək qadağan edilib. Təbii ki, bu, insanın hüquqlarının açıq şəkildə pozulmasıdır. Onları Daxili İşlər Nazirliyinin mərkəzi binasına aparıb, səhərə qədər orada saxlayıblar(ans press).

***

"Mən hazırda azadlıqdayam”.
 
Bu sözləri Axar.az-a açıqlamasında Mişa Yolu təşkilatının yaradıcılarından biri, Saakaşvilinin eks-məsləhətçisi Samirə İsmayılova söyləyib. O, bu gün səhər yeddidə polislərin onu buraxdığını bildirib:
 
"Biz 6 nəfər gənc azərbaycanlı yeraltı keçidlərin divarlarına "Mişa Yolu” sözünü yazmışdıq. Buna görə 10 patrul ekipajı bizə yaxınlaşdı və əlimizdən sənədlərimizi, bir də telefonlarımızı aldılar. Nəyə görə bunu etdiklərini bizə açıqlamadılar. Sonra maşınlara oturdub bizi Daxili İşlər Nazirliyinin binasına apardılar. İmkan vermədilər ki, vəkilə, ombudsmana, ya da ailə üzvlərimizə zəng vuraq. Daha sonra bizə izahat yazdırdılar. İki nəfəri buraxdılar, sonra isə yerdə qalan 4 nəfəri bizdən 2 saat sonra buraxdılar. Ombudsmanın nümayəndəsi gələndə hamımızı azad etdilər. İndi hamımız yaxşıyıq, amma buna baxmayaraq, bizə iş açılıb və yaxın günlərdə məhkəməyə çağıracaqlar. Hələlik isə maddənin nə olduğu deyilməyib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA