AXCP funksioneri Fransaya mühacirət edib? - Iddia

img

22-03-2015 [23:17]


Azərbaycan Xalq Cəbhəsi Partiyası mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransadan siyasi sığınacaq almağa hazırlaşır. 

Bunu Moderator.az-a adının çəkilməsini istəməyən mənbə bildirib. Onun sözlərinə görə, artıq Natiq Ədilov Fransadadır və o, həbs təhlükəsinin real olacağına əmin olduqdan sonra belə qərara gəlib. Mənbə hal-hazırda onun Parisdə olduğunu və birinci mərhələdə oturum izni aldığını iddia edir.
 
Xəbəri gec aldığımızdan AXCP funksioneri ilə xəbəri dəqiqləşdirə bilmədik. Onunla əlaqə yaratmağa çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA