Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

img

19-03-2015 [09:30]


Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.


APA-nın məlumatına görə, prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv olunanlar arasında Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında "Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və "NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA