Siyavuş Novruzov deputata sataşdı: “Gedib papağını atsın”

img

17-03-2015 [14:22]


Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü il üzrə hesabatı ətrafında müzakirələr davam edir.

AzVision.az xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, ötən il Azərbaycan üçün uğurlu olub.

Millət vəkili çıxışında həmkarlarına iradlarını bildirib:

"Deputat həmkarlarıma səslənirəm ki, bu gün hər hansı təkliflə çıxış etmək mənasızdır. Bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən uğurla keçən deputatlar gələn ilin dövlət büdcəsinin müzakirə olunmasını gözləsələr daha yaxşı olar. Bu səbəbdən də indi hansısa tənqidə ehtiyac görmürəm. Hesab edirəm ki, hökumətin hesabatını məqbul hesab edib səs verək ki, Fazil Mustafa gedib papağını atsın”.

Spiker Oqtay Əsədov isə deyib ki, kiminsə seçkilərdə seçilib-seçilməməsi məsələsini bilmədiyimizdən qoy indidən təkliflərini səsləndirsinlər:
"İstəmirəm ki, kiminsə arzusu ürəyində qalsın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA