"Azərbaycanın maraqlarına zidd olan prosesə start verildi" - Partiya sədri

img

16-03-2015 [14:20]


«Milli Şuranın 15 mart mitinqini Azərbaycanla qarşı iş aparan xarici qüvvələrin və onların burdakı nümayəndələrinin revanşı kimi qəbul edirəm».

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndiri. Onun sözlərinə görə, bunu mitinqə zəmin yaradan və ölkədə narazılığı daha da artıran məmurların ölkə başçısına təzyini kimi də qiymətləndirmək olar: «Bizim müşahidə qrupumuz var idi. Aparılan müşahidələrə görə müəllimlər də həmin mimtinqə qatılmış. Hadi Rəcəblinin sonuncu provakasiyasından sonra bir daha əmin oldum ki, ölkədə pis ənənənin təməlini qoydular. Mən hələ yanvar ayında demişdim ki, müəyyən qüvvələr ölkədə prosesləri məcradan çıxarmaq üçün müəyyən fəaliyyətə başlayacaqlar. Kimin nə deməsindən asılı olmayaraq, kimin mitinqi aşağılamasından asılı olmayaraq, bir fakt var ki, Azərbaycanın maraqlarına zidd olan prosesə start verildi. Demək olar ki, Qərb dairələrinin Azərbaycana qarşı təzyiq maşını işə düşdü. Öüzü patriot adlandıran, bəzi deputatların, o cümlədən Hadi Rəcəblənin istəkləri baş tutdu. 5-10 nəfər də olsa, milləti meydana çıxardılar. Əgər bu, belə davam etsə, qardaşım İlham Əliyevdən ötür hərəkətə keçəcəm aə on minlik mitinqlər təşkil etmək məcburiyyətində qalacam. Həmin mitinqlərdə isə hakimiyyət içində olub, amma təmsil olunduğu düşərgəyə xəyanət etmələrini üstü açılacaq. Onda sonra nələrin olacağını görəcəklər».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA