"Supergüclər imkan verməz ki,..." - AMİP funksioneri

img

14-03-2015 [14:55]


Artıq 23 ilə yaxındır cəbhədə atəşkəsin olmasına baxmayaraq, danışıqlar prosesində hansısa dönüş müşahidə olunmur. Baxmayaraq ki, bu müddət ərzində Azərbaycan nə mümkündürsə, onu edib.
Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dünyanın aparıcı dövlətləri münaqişənin həllini tezləşdirmək üçün səy göstərmir. Görünən odur ki, işğalçı rejimin hazırkı rəhbərliyi kompromis yol tutmaq həvəsində deyil. 

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib:

”Biz istəsək də, istəməsək də, artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq status alıb. Yəni bu münaqişə Azərbaycan və Ermənistanın iradəsindən aslı deyil artıq. Burda böyük dövlətlərin marqaları da önəmli rol oynayır. Xüsusən də, region uğrunda mübarizə aparan supergüclər imkan verməz ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə hansısa formada öz həllini tapsın. İkincisi də Dağlıq Qarabağ münaqişəsinin arxasında təkcə Ermənistan deyil, Rusiya da var və söz sahibi də Moskvadır. Belə olmasaydı Azərbaycan tərəfi çoxdan işğalçıları yerində oturtmuşdu.

Əvvəlcdən danışıqlar prosesində, əlbəttə, BMT-nin 4 qətnaməsi əsas götürülməlidir. Münaqişə ilə bağlı qəbul olunan digər sənədlərə də istinad olunmalıdır. Lakin Azərbaycan bəzən prinsipial mövqe sərgilməkdən sanki çəkinir. Bu da çox güman ki, ehtimal olunan hansısa güclü təzyiqlərlə üzləşməməkdən irəli gələ bilər. Lakin rəsmi Bakı xalqın birliyinə və həmrəyliyinə söykənərək danışıqlar prosesini də münaqişədəki mövcud status-kvonu da xeyrimizə dəyişə bilər. Danışıqları davam etdirmək, diplomatik mübarizəni davam etdirmək, strateji müttəfiqlərin sayını artırmaq vacibdir. Bütün bunları harmonik şəkildə və sistemli həyata keçirmək lazımdır. Hələlik isə bunlar görünmür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA