Partiya sədri maliyyə sıxıntıları ilə üzləşib

img

13-03-2015 [14:51]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Novruz adətlərini maliyyə çətinlikləri ucbatından yerinə yetirə bilmədiyini qeyd edib: "Sözün düzünü desəm, mən tonqal qalamıram. Çünki şəhərdə "Xruşşovka”da yaşayıram. Elə bir dəbdəbəli həyatımız yoxdur ki, hər Novruz ritualını yerinə yetirə bilək. Sizi inandırım ki, Novruz Bayramını keçirməyə heç imkanımız da yoxdur. Maddi sıxıntılarım, çətinliklərim var. Tonqal qalayıb üstündən tullanmaq üçün ruh da qalmayıb. Çünki problemlərimiz çoxdur. Amma Novruzu qeyd etmək lazımdır. Əziz bayramımızdır. Axırıncı dəfə Göyçədə olanda tonqal üstündən tullanmışam. İndi tonqal üstündən tullansam, o dövrləri xatırladacaq. Bu isə mənim üçün ürəkaçan olmayacaq. Mən bunu bacarmaram. Çünki doğulduğum torpaq indi erməni tapdağı altındadır”. Hafta.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA