"Milli Şuranın özü də mitinqdə təxribat edə bilər" - Niyaməddin Orduxanlı

img

12-03-2015 [23:33]


BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Milli Şura mitinqdə baş verəcək biabırçılıqlarını ört-basdır etmək üçün belə bir varianta əl atıblar. Onun sözlərinə görə, həmişə olduğu kimi, növbəti dəfə də yalanlarının üstü açılacaq: "Əli Kərimli bu hay-küyü qəsdən edir. Əsas məqsədi cəmiyyəti özünə qarşı cəlb etməkdir. Bu onun köhnə peşəsidir. Stəkanda firtına görüntüsünü yaratmağa cəhd edir. Hansı təxribatdan söhbət gedir? Ola bilsin ki, Əli Kərimli qəsdən Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər yay və sonra da təkzib verək ki, bu təxribatdır. İnanların diqqətini bu cür "ajotaj"la özlərinə cəlb edirlər. Bunu Əli kərimlidən gözləyirəm. Bu adam istənilən addımı atmağa hazır olan birisidir. Məqsəd Əli Kərimlinin təyin etdiyi mitinqə ictimaiətin diqqətini cəlb etməkdir və mitinqə gələn insanların sayını artırmaqdır. Hesab edirik ki, bu "təxribatı" mediya vasitəsi ilə yayacaq və daha çox insanın mitinqdə iştirakı təmin olunacaq”. 

BAXCP sədrinin müavini onu da bildirib ki, Milli Şuranın özü də mitinqdə təxribat edə bilər. "Əli Kərimli istənilən təxribatı törətməyə hazırdır ki, Azərbaycan dövlətinin və onu təmsil edən hakimiyyətin imicinə zərbə vursun. Bu gün Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki,1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur. Mən Əli Kərimlinin bundan sonra da təxribatlar törədəcəyini istisna etmirəm”, - deyə müsahibimiz fikirini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA