General mitinqlə bağlı xəbərdarlıq etdi

img

12-03-2015 [19:38]


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlama verib. O bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək:

"Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”. 
 
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-də saat 15:00-da keçmiş "Məhsul” stadionunda mitinq keçirmək barədə müraciətinə razılıq verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA