"İnsanların küçələrə çıxmasının tərəfdarı deyiləm" - AMİP funksioneri

img

12-03-2015 [14:54]


"Hər bir Azərbaycan vətəndaşının müvafiq icra orqanlarını xəbərdar etməklə kütləvi aksiyalar, mitinq və küçə yürüşləri keçirmək hüququ var. Konstitusyamızın bu tələbinin yerinə yetirilməsinə qadağa qoyula bilməz. Azərbaycan iqtidarı da vətəndaşların hüquq və azadlıqlarının qorunmasına birbaşa məsuliyyət daşıyır. Əgər hakimiyyət insanların küçələrə çıxıb etiraz etməsini istəmirsə, bu etirazı doğuracaq səbəbləri aradan qaldırmalıdır”. 

Mia.az xəbər verir ki, bu fikirləri Milli Şuranın 15 martda keçirəcəyi mitinqə AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov münasibət bildirərkən səsləndirib. 

Əli Orucovun bildirib: "Ölkədə böhranlı vəziyyət günü-gündən dərinləşir. Cəmiyyətdə narazılıqların artması sosial partlayış həddi yaradıb.  Üstəlik də bahalaşmanın vüsət almasına, sosial ədalətsizliklərə, baş alıb gedən qanunsuzluqlara və özbaşınalıqlara, korrupsiyanın, rüşvətin tüğyan etməsinə, talançılıq və s. kimi problemlərə nə qədər dözmək olar?  Xalqın sərvəti amansızcasına dağıdılır, milyonlarla vəsait havaya sovrulur, insanların, hətta, elementar hüquqları tapdaq altındadır. Ölkədə belə acınacaqlı və çıxılmaz vəziyyət yaradanlara bu xalq "əhsən”mi deməlidir? 

Təbii ki, əgər insanların səsini, şikayətini, narazılığını dinləmədikcə o daha ucadan bağıracaq ki, kar qulaqlar eşitsin, duysun, tədbir görsün.   

Mən insanların küçələrə çıxmasının tərəfdarı deyiləm. Onunun da fəqrindəyəm ki, bütün problemlərdən, anlaşılmazlıqlar və böhranlı vəziyyətdən çıxmağın məqbul yolu danışıqlar masası ətrafında, divarlar arasında, dialoq mühitindədir. Regionda və dünyada gedən dinamiklik, demokratiləşmə prosesi, idərəolunan xaoslar, silahlı qarşıdurmalar, terrorçu birləşmələrin fəlaiyyəti, böyük dövlətlərin mübarizəsi kimi amillər bizi daha diqqətli və həssas olmağa məcbur edir. Xüsusən də müharibə vəziyyətində və təzyiq altında olan bir dövlət kimi iç problemlərimizi sivil qaydada həll etmək zərurəti yaradır. Ancaq təəssüflər olsun ki, Azərbaycan iqtidarı sanki bunları görməməzliyə vuraraq daxili gərginliyin  daha da artmasına və cəmiyyəti radikallaşmaya doğru aparır”.  

Partiya yetkilisi mitinqdə iştirakla bağlı sulanı cavabı isə belə oldu: "Doğrudur, AMİP  partiya kimi bu aksiyada iştirak etməsə də, üzvlərinə sərbəstlik imkanı verib. Mən də bu imkandan yararlanacam. Fəqri yoxdur bu aksiyanı Milli Şura edir, Müsavat Partiyası, yaxud da hansısa qurum təşkil edir, narazı vətəndaşlardan biri olaraq mən də təşkil olunan etiraz aksiyalarında iştirak etmək niyyətindəyəm.  
Ancaq eyni zamanda istəyim odur ki, belə aksiyalar partiyaların, eləcədə siyasi qurumların siyasi maraqlarına xidmət etməsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA