"Sekutanın fəaliyyətindən yaxşı heç nə gözləmirəm" - Partiya sədri

img

11-03-2015 [20:31]


ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta barəsində ölkəmizin siyasətçiləri öz fikirlərini söyləyiblər.

Hafta.az-a açıqlamalarında səfirin qısamüddətlik fəaliyyətinə münasibət bildirən siyasətçilərimiz ondan gözləntilərini də açıqlayıblar.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hafta.az-a söyləyib ki, Sekutanın fəaliyyətindən yaxşı bir şey gözləmir: "Sekuta hələ ki, müxtəlif görüşlər keçirir. O, başlasın görək məqsədi nədir. Bundan əvvəlki səfirlərin işini Azərbaycanın daxili siyasətinə müdaxilə kimi qiymətləndirirəm. Dəfələrlə demişəm ki, Amerikanın səfirləri Azərbaycanda inqilab etmək üçün müəyyən qruplarla gizlin işləyib. İndiki səfir haqqında isə hələ konkret fikir söyləmək olmaz. Bir neçə dəfə təklif etmişəm ki, görüşək. Ancaq onlardan cavab gəlməyib. Görünür, özlərinə sərf edən partiya sədrləri ilə görüşürlər. Biz dövlətçiliyimizə xidmət etdiyimiz üçün xoşlarına gəlmirik. Sekutanın fəaliyyətindən yaxşı heç nə gözləmirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA