Azərbaycan-Gürcüstan sərhədində kütləvi etiraz aksiyası

img

11-03-2015 [14:40]


Gürcüstan-Azərbaycan sərhədindəki Laqodexi gömrük-keçid məntəqəsindəki avtomobil yolunda hərəkət dayandırılıb. Buna səbəb hər iki tərəfdən olan rayonların yerli sakinlərinin keçirdiyi etiraz aksiyasıdır.

Virtualaz.org saytı"İnterfax”a istinadən xəbər verir ki, aksiya iştirakçıları magistral yolu kəsərək Azərbaycandan Gürcüstana gedən maşınların hərəkətinə imkan verməyiblər. Onlar Azərbaycan tərəfinin tətbiq etdiyi yeni qaydalardan narazı qaldıqlarını bəyan ediblər. Bildiriblər ki, aksiyaya səbəb də yeni qaydaların qəbuledilməz olmasıdır.

Aksiya iştirakçıları Gürcüstan və Azərbaycan hökumətlərinə müraciət edərək bu məsələni tezliklə həll etməyə çağırıblar.

Qeyd edək ki, "Avro 4” standartlarının tələblərinə cavab verməyən avtomobillərin sərhədi keçməsinə qadağa qoyan məhdudiyyətlər bu yaxınlarda qüvvəyə minib.

Etiraz aksiyası isə yarım saat davam edib. Bundan sonra avtomagistralda hərəkət bərpa olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA