AXCP Sumqayıt təşkilatının sədri həbs edilib

img

11-03-2015 [12:30]


Martın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatınımn sədri İsa Qurbanov həbs edilib. Bu barədə "Amerikanın Səsi"nə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsi İsa Qurbanova polisə müqavimət ittihamı ilə inzibati qaydada 5 sutka həbs verib.

"isa Qurbanov polisə müqavimət göstərməyib və onun heç bir günahı yoxdur. O Milli Şueranın martın 15-də "Talana son!” şüarı ilə keçirəcəyi mitinqə görə saxlanıb”, Bayramlı qeyd edib.

Rəsmi qurumlar təşkilat sədrinin həbsi ilə bağlı məlumat yaymayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA