Əli İnsanovun məsələsi yenidən gündəmə gətiriləcək

img

10-03-2015 [22:47]


Bu gün keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mardla görüşüb.

Görüşdə vəkil Əli İnsanovun onunla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməməsi barədə məktubu təqdim edilib.

Vəkil Toğrul Babayev "Turan"-a bildirib ki, Malena Mard məktubun Avropa İttifaqının rəhbərliyinə çatdırılacağını bildirib. "Nümayəndə Əli İnsanov barəsində Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi məsələsinin xüsusi nəzarətə götürüləcəyini bildirib. Yaxın günlərdə Belçikanın yüksək rəhbərliyi Azərbaycana səfərə gələcək və bu məsələni Azərbaycan rəhbərliyi qarşısında qaldıracaq”, - deyə vəkil qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA