Erməni təxribatı İsrail televiziyasında - REPORTAJ

img

10-03-2015 [17:19]


Ermənilərin cəbhədə törətdiyi təxribatlar bütün detalları ilə İsrailin Beynelxalq "24 NEWS"  kanalında dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Həm də dörd dildə. 16 dəqiqəlik verilişdə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkədə həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verilib.

Əsasən Xocalı faciəsini işıqlandırmaq üçün Azərbaycana səfər edən jurnalistlər fevralın 26-da Bakıda keçirilən izdihamlı aksiyada iştirak etdikdən sonra Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda da olublar. Qonaqlar Tovuzda ilk olaraq TTV-də olub, telekanalın baş direktoru ilə görüşüb sərhəd kəndlərindəki vəziyyətlə bağlı müzakirələr aparıblar. Daha sonra jurnalistlər Ermənistan ordusunun mütəmadi olaraq atəşə tutduğu əraziyə  - Tovuzun Əlibəyli kəndinə gedib, sakinlərlə görüşüb, həqiqətləri elə Əlibəylilərin dilindən eşidiblər. Burada da onlara TTV əməkdaşları bələdçilik edib. Yayımlanan verilişdə Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü açıq şəkildə göstərilir. 24 nyus kanalının reportyoru Sril Amar erməni hərbiçilərinin Əlibəylidə yaşayan dinc sakinləri atəşə tutmasını xüsusi olaraq vurğulayır.

"24 NEWS" TELEKANALININ REPORTYORU SRİL AMAR: "Bu torpaqlar Azərbaycan ərazisidir. Bunu bütün dünya təsdiq edə bilər. Ayrıca Ermənistan iddi edir ki, təkcə Dağlıq Qarabağda müharibə gedir. Lakin bura Qarabağ deyil. Heç Qarabağa yaxın da deyil. Amma burda yaşayan sakinlər hər gün atəşə tutulur. Biz dağılan evləri, əlil olan insanları gördük."

Dünyanı baş verənlərə biganə qalmamağa çağıran jurnalist Azərbaycanın sivilizasiyaya, dünya mədəniyyətinə böyük töhfələr verdiyini və önəmli ölkə olduğunu xatırladır. Siyasi sabitlik, iqtisadi inkişafın fonunda ölkəmizdə tolerant cəmiyyətin olduğunu deyən repartyor bu cəmiyyəti dünya üçün bir nümunə kimi xarakterizə edir. Veriliş İsrailin Beynelxalq "24 NEWS" kanalında 4 dildə yayımlanıb. Beynəlxalq ictimaiyyətə İsrail dili ilə yanaşı ingilis, fransız və ərəb dillərində də Azərbaycanın reallıqları haqqında məlumat verilib.

NİCAT ABDULLAYEV, ttv.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA