Putin Əli Həsənovla Oqtay Əsədov haqda sərəncam verdi

img

09-03-2015 [15:32]


Rusiya Prezidenti Vladimir Putin bu gün imzaladığı fərmanla bir sıra şəxsləri mükafatlandırıb.
 
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, mükafatlandırılanlar sırasında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov və PA rəsmisi Əli Həsənov da var.
 
Putin həmçinin xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair ayrıca fərman imzalayıb. Martın 8-də imzalanan fərmanın mətni bu gün Rusiyanın hüquqi informasiyalar rəsmi portalında dərc edilib.
 
Həmin fərmana əsasən, Azərbaycan Prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və parlamentin spikeri Oqtay Əsədov Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif edilir. Fərmanda göstərilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilir.



 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA