Sərdar Cəlaloğlu namaza başladı

img

09-03-2015 [11:24]


Daim qalmaqallı açıqlamaları ilə cəmiyyətin yadında qalan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu indi də namaz qılmağa başlayıb. 

Bu barədə Strateq.az-a məlumatı ADP-dəki etibarlı qaynaq verib. Mənbənin dediyinə görə, Sərdar Cəlaloğlu şiələr kimi namaz qılır və bir neçə gündür ki, işə dindar papağı geyinərək gəlir.

Bayram günləri olduğu üçün, məlumatı Sərdar Cəlaloğlunun özü ilə dəqiqləşdirə bilmədik.

Qeyd edək ki, bu günlərdə ADP sədri Strateq.az-a verdiyi geniş müsahibədə dini araşdırmalarla məşğul olduğunu bildirib. ADP sədri həmin müsahibədə bütün səmavi dinlərdə böyük təhriflərə yol verildiyini, hətta bu bidətlərin İslamdan da, yan keçmədiyini bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA