Fransa səfirinin 1-ci müşaviri BAMF-da olub

img

07-03-2015 [00:05]



Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Səfirin 1-ci müşaviri xanım Drout-Lozinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində olub.

Mia.az xəbər verir ki, görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, ümumi maraqlar və başqa sahələrdə, xüsusilə regionlarda təlim mərkəzləri, mikromaliyyələşmə, maarifləndirmə və sair məsələlər müzakirə olunub.

Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaq, eyni zamanda Bank Olmayan Kredit Təşkilatı "Avrasiya Kredit”in fəaliyyəti ilə yaxından tanış olub.

Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu. BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR