Amnesty İnternational təşkilatının müraciəti pislənildi

img

05-03-2015 [12:18]



Azərbaycanda keçiriləcək Avropa Yay Oyunları yaxınlaşdıqca beynəlxalq ictimaiyyətin ölkəmizə olan diqqəti də artır. Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" bu ilin yayında Azərbaycanda keçiriləcək Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciət yayıb. Təşkilat uydurma ittihamlar irəli sürüb. 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd etdi ki, Qərb dövlətləri Azərbaycana təzyiq göstərməkdən ötrü əlində olan rıçaqların hamısını işə salıbdır: "Bu gün Azərbaycanın ünvanına ədalətsiz, olmayan şeylər haqqında qərarlar, qətnamələr çıxarırlar. Həmin məlumat bizi də narahat edir. Bu gün Azərbaycanda gedən ictimai-siyasi prosesləri öz axarından çıxarmaqdan ötrü bu cür qərəzli və ədalətsiz hesabatlar yayırlar. Avropa oyunlarının boykot edilməsi ilə bağlı çağırışlar edirlər. Bunu da edən Azərbaycanın daxilində olan müəyyən qüvvələrdir. O qüvvələrin hesabatları çox canla -başla xarici dövlətlərin ən yüksək kluarlarında dinlənilir. Müəyyən qərarlar qəbul edirlər. Hələ bu çox xırda məsələdir. Bu günlərdə Amerikanın "Vaşinqton Post” qəzetində Azərbaycanın ünvanına deyilən fikirlər bizi ağrıtmaya bilməz. Vicdanı olan hər bir vətəndaş görər ki, Azərbaycana qarşı çox ciddi təzyiqlər başlayıbdır. Azərbaycanda dövlət strukturlarını dağıtmaq istəməkdən ötrü müəyyən məsələlərə əl atıblar. Artıq bu proses də yaxın günlərdə Azərbaycanda həyata keçirilməsi üçün start veriləcək. Bu gün əlbəttə ki, bunu törədən bizim öz daxilimizdə olan müəyyən qüvvələrdir. Bu yolda xarici dövlətərə dəstək verən insanlar da var. Düşünürəm ki, "Amnesty İnternational" birinci dəfə deyil ki, qərəzli mövqe ilə çıxış edir. Onun da mövqeyi Amerikanın mövqeyidir. "Amnesty İnternational" təşkilatının verdiyi hesabat qərəzlidir. Mən bunu heç vaxt qəbul etməmişəm. Amma bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq, onlar dünyada ictimai rəyi dəyişməyə gücü olan təşkilatlardır. Hər halda mən bunu ədalətsiz bir qərar kimi dəyərləndirirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA