02-03-2015 [12:28]
ABŞ-ın nüfuzlu «Washington Post» qəzeti Azərbaycandakı həbslərlə bağlı redaksiya məqaləsi dərc edib. Məqalə «Azərbaycanda məhkəməsiz həbs olunmaq» adlanır.
MƏHKƏMƏ PROKURORLUĞUN NÖKƏRİNƏ ÇEVRİLİB
Yazıda qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyev «güclü despotizm əlamətləri» nümayiş etdirir. İndividual azadlıqlar uğrunda danışan jurnalistlər, bloqqerlər, hüquqşünaslar, insan haqları fəalları və digərləri qanunsuz olaraq həbsə atılır, saxlanır. «İllər boyu rejimini ayaq üstə saxlamış neft gəlirlərinin azalmasından əziyyət çəkən cənab Əliyev, görünür, ona müqavimət göstərən hər kəsi vurur», - müəlliflər yazır.
Məqalədə bildirilir ki, cənab Əliyevin tənqidçilərini susdurmağa yönəlik sevimli alətlərindən biri həbs-qətimkan tədbiridir. Azərbaycan qanunvericiliyində deyilir ki, bu tədbir məhdud hallarda istifadə olunur və Cinayət-Prosessual Məcəlləsi bu hüququ prokurorlara deyil, məhkəmələrə verib. Praktikada isə məhkəmələr prokurorluğun nökərlərinə çevrilib. Avropa İnsan Hüquqları Məhkəməsi ötən il qeyd edirdi ki, Azərbaycanda məhkəmələr prokurorluğun dərhal həbs xahişlərini adətən qüvvəyə mindirir.
ORWELL XÜSUSİYYƏTİ
«Washington Post»un redaksiya məqaləsində daha sonra fevralda hüquq müdafiəçisi Leyla Yunusun və əri Arif Yunus barəsində həbs-qətimkan tədbirinin daha 5 ay uzadıldığı vurğulanır. Jurnalist Xədicə İsmayılova isə fevralın 23-də keçirilən qapalı məhkəmə prosesində böhtanda təqsirli bilinib və cərimə olunub.
«Azərbaycan məhkəmə sistemi öz Orwell xüsusiyyətinə sadiq qalır («Orwell xüsusiyyəti» azad və açıq cəmiyyətin rifahına zərbə vuran desktruktiv durum, ideyanı təsvir etmək üçün işlədilir. Bu anlayışı ingilis yazıçısı George Orwell müəyyənləşdirib - red.). İsmayılova keçmiş həmkarını intihar həddinə çatdırmağa görə həbs olunur və bu yaxınlarda ona yeni ittihamlar irəli sürülür – mənimsəmə, vergidən yayınma, qanunsuz sahibkarlıq və səlahiyyətdən sui-istifadə».
BELƏ DAVAM EDƏRSƏ...
«Cənab Əliyev "Azadlıq" radiosunun Azərbaycan xidmətinin işindən çox rahatsız görünür. Xədicə İsmayılovanın qapalı məhkəmə prosesi keçirilən gün Bakı bürosunun keçmiş rəhbəri ölkədən buraxılmayıb. Dekabrın 26-da Bakı bürosu möhürlənib və radionun 26-dan çox əməkdaşı dindirilib».
«Bir reklamda cənab Əliyev deyirdi ki, Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələrdən birinə çevirmək istəyir. Ancaq o, despot idarəçiliyini davam etdirsə, bu, yəqin ki, baş verməyəcək», - «Washington Post»un redaksiya məqaləsi bu sözlərlə tamamlanır.
Hakimiyyət ölkədə qanunsuz həbslər barədə beynəlxalq tənqidləri qəbul etmir, tutulanların konkret cinayətlərə görə həbs olunduğunu bildirir. Eləcə də ölkədə məhkəmə sisteminin tam müstəqil fəaliyyət göstərdiyi, məhkəmələrin işinə heç bir müdaxilə olunmadığı vurğulanır. ("Azadlıq" radiosu).
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb